Müşriklərlə bağlanan müqavilə

Müşrik kəlməsinin əsl mənası

“Müşrik” kəlməsi həmin dövrdən bəhs edən müxtəlif təfsirlərdə yalnız şərik qoşan mənasında verilsə də, termin olaraq bütlərə tapan, açıq-aşkar Allaha ortaq qoşan, çoxlu ilahlara inanan və müsəlman, sabii, xristian və məcusi OLMAYAN bütpərəstlərdir.

Quranda İslamın zühuru əsnasında Ərəbistandakı mövcud dinlərdən bəhs edilərkən müşriklər daima ayrı bir qrup olaraq bildirilmişdir. Peyğəmbərimizin (s) dövrünə diqqət edilirsə, kitab əhli olan musəvi və xristianlarla evlənmək və kəsdiklərini yemək halal olduğu halda, məcusi və sabiilərin və xüsusilə də bütpərsətlərin qadınları ilə evlənmək və kəsdiklərini yemək qadağan edilmişdir.

Daha əvvəl də müəyyən etdiyimiz kimi, Peyğəmbərimiz (s) müşriklərin güclü təzyiqi altında Mədinəyə köç etməyə məcbur qalmış və hicrətinin ilk günlərindən etibarən ənsar (mədinəli müsəlmanlar) ilə mühacir (Məkkədən Mədinəyə köçən müsəlmanlar) arasında qardaşlıq bağını təsis etmişdir. Müşrik topluluqlarla və o bölgədə yaşayanlarla bir çox müqavilə bağlamış və müşriklərin ifrat hərəkətlərinə baxmayaraq, sülhü təmin etmək üçün daima onları birliyə dəvət etmişdir.

Peyğəmbərimizin (s) Mədinədə sevgi və qardaşlığı hakim etməsi sübut edir ki, fərqli irq, din və dinlərə mənsub insanlar bir yerdə sülh içində yaşaya bilərlər. Onun sülh və sevgi dəvətçisi olduğunun ən böyük dəlillərindən biri özünün yazdırdığı ilk mətnin sülh müqaviləsi olmasıdır. Hz. Məhəmməd (s) Məkkəni fəth edəndən sonra daha əvvəl müsəlmanlara işgəncə verən müşrikləri belə sərbəst buraxmış, onlara böyük mərhəmət göstərmişdir. Peyğəmbərimiz hz. Məhəmmədin (s) göstərdiyi bu üstün əxlaqa daha əvvəl ərəb cəmiyyətlərində heç rast gəlinməmişdi və bunu insanlar təqdirlə qarşılamışdılar.

I O dövrdə fəth edilən əcnəbi ölkələrdə həqiqi ədalətin tətbiq edilməsində hz. Məhəmməd (s) bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz ələ keçirilən ölkələrin yerli əhalisinə qarşı Quranda bildirilən ədaləti göstərmiş, onlarla hər iki tərəfin razı qaldığı və heç kimin ən xırda belə problem yaşamadığı müqavilələr bağlamışdı. Buna görə də hansı dinə və ya irqə mənsub olmasından asılı olmayaraq, fəth edilən ölkələrin xalqları İslamın gətirdiyi ədalətdən daima razı qalmışdır. Peyğəmbərimiz və ətrafındakı səhabələr “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində deyildiyi kimi insanlar arasında ədaləti təmin edən ümmət olmuşdur.

Ərəb yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin (s) ədalət anlayışının ən gözəl nümunələrindən biridir. Həmin müqavilənin maddələrindən biri belədir:

“Nəcranlıların və idarəsində olanların canları, malları, dinləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Elçisinin himayəsi altındadır”. (Məcid Xoduri, İslamda müharibə və sülh, 1998, səh. 209)

Həmin bölgədə bütün topluluqlarla müqavilə bağlanandan sonra Peyğəmbərimiz İslam tarixində ilk qanun olan Mədinə müqaviləsini hazırlayıb Mədinə dövlətini qurmuşdur. Mədinə müqaviləsi tarixin ilk demokratik və mükəmməl nümunəsidir. Dövrümüzdə heç bir demokratik sistem Peyğəmbərimizin qoyduğu qanun qədər nizam gətirə bilməmişdir və heç kim qanunları Peyğəmbərimiz qədər tətbiq edə bilməmişdir.