Müşrik və münafiqlərin Peyğəmbərimizə (S) təzyiqi

Quranın Peyğəmbərimizə (s) vəhyi tam olaraq 23 il davam etdi

Quranın Peyğəmbərimizə (s) vəhyi tam olaraq 23 il davam etdi. Bu dövrün ilk 13 ilində müsəlmanlar Məkkədə azlıq halında yaşadılar və güclü təzyiqlərə məruz qaldılar. Müsəlmanların bir çoxuna fiziki işgəncələr verildi, bəziləri şəhid edildi və çoxunun isə evi-eşiyi talan edildi. Davamlı şəkildə təhqir və təhdidlərlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddətə əl atmadan yaşamağa davam etdilər. Sadəcə bütpərəstlərdən uzaq durub onları sülhə dəvət etdilər.

Lakin həmin bütpərəstlərin hücumları dayanmadı.

Qüreyşlilər, əvvəlcə, hz. Məhəmmədin (s) peyğəmbərliyinə əhəmiyyət vermirmiş kimi görünürdülər. İman etməməklə yanaşı, bütlərə bir söz demədikcə hz. Məhəmmədin dəvətinə səs çıxarmırdılar. Təkcə Peyğəmbərimizi görəndə ona söz atırdılar. Müsəlmanlara etina ilə yanaşırdılar. Beləliklə, qüreyşlilərin sözlü hücumları başlamış oldu.

Haşimilərdən çəkindiklərinə və əsas olaraq Əbu Talibin himayəsində olduğuna görə Peyğəmbərimizə heç nə edə bilmirdilər. Zaman keçdikcə ona məcnun, falçı, şair və sehrbaz deməyə başladılar. Axırda isə fürsət tapanda Peyğəmbərimizi təhqir etməkdən, ona hər cür pisliyi etməkdən çəkinmədilər.

Bunların hamısını müsəlmanların iman etdiklərinə və insanlara İslamdan danışdıqlarına görə edirdilər. Bu təzyiq, işgəncə və şiddət mühiti içində müsəlmanlar İslamın şərti olduğu üçün onlara zərər toxunduranlara qarşılıq verməmiş, ən insani haqları kimi özlərini müdafiə belə etməmişdilər. Müsəlmanların qarşılıq vermədiyini görən Qüreyş müşrikləri azğınlığı və işgəncəni daha da artırdılar. Ta ki qüreyşilər müsəlmanları elə gördükləri yerdəcə şəhid etməyə başladılar.

blank