Musiqi və şeirin haram olduğu iddiası

Qadi Əbu Bəkir ibn Ərəbi “Əhkamil-Quran”ında Abdullah ibn Mübarək və İmam Malikin hz

Qadi Əbu Bəkir ibn Ərəbi “Əhkamil-Quran”ında Abdullah ibn Mübarək və İmam Malikin hz. Ənəsdən rəvayət etdiyi bir hədisi nəql edir: “Hər kim musiqi məclisində bir müğənni qızın söylədiyi mahnıya qulaq asarsa, axirət günü onun qulaqlarına ərimiş qurğuşun töküləcək”.

Musiqi dinləyən bir adama cənnətdə ruhaniləri dinləmək izni verilməz. (Qurtubi, 14/53)

Mahnı qəlbə nifaq salır. (Əbu Davud)

Allah mahnını, onun alış-verişini, pulunu, öyrətməyi və dinləməyi haram edib. (Muhəmməd Qəzali, Nəbəvi sünnə)

Bütün bu saxta hədislərin əksinə olaraq, Quranda musiqinin, rəqs və əyləncənin qadağan olunmasına dair bircə hökm belə yoxdur. Allah xoşbəxtliyi və sevinci müsəlmanlara halal edib. Rəqs ritm və ahəngdir. Allah bütün kainatı ritmlə yaradıb. Quşlar, böcəklər, kəpənəklər belə rəqs edirlər. Quşlar inanılmaz səs və ritmlə zümzümə edirlər. Onları dinləmək insana zövq verir. Dənizin səsi, təbiətin xışıltısı və ağac budaqlarının dalğalanması ritmdən ibarətdir. Allah ritmi, rəqsi, musiqini və gözəl səsi sevir. Cənnət də ritmlə yaradılıb. Cənnətdə bütün ağaclar, çiçəklər və heyvanlar rəqs edəcəklər.

Dünyanın hər yerində insanlar rəqs edirlər. Musiqinin və rəqsin qadağan olduğu bir dünya insan fitrətinə uyğun deyil. Bu, böyük boşluq və nemət çatışmazlığıdır. Uca Rəbbimizin təriflədiyi və gözəl gördüyü neməti haram etməyə çalışmaq Allahı və incəsənətini anlamamaq deməkdir.