Ümumiyyətlə, xurafatçılar və İslam əleyhdarlarının musəvi və xristianların əleyhinə dəlil kimi göstərdikləri Quran ayələrindən biri “Maidə” surəsindədir:
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. (Maidə surəsi, 51)
Ayədə “dost” sözü iki dəfə işlənir. “Yəhudi və xaçpərəstləri dostlar (vəli) tutmayın!” ifadəsində işlənən və “dostlar” şəklində tərcümə olunan kəlmənin ərəbcəsi “evliyau” sözüdür. Bu kəlmənin həqiqi mənası “qoruyucular, qanuni yöndən vəzifəsi olanlar, övliyalar, sahiblər, maliklər” şəklindədir. “Sizlərdən kim onları dost tutarsa” ifadəsində işlənən və yenə “dost” şəklində tərcümə olunan kəlmənin ərəbcəsi isə “yətəvəlləhum” sözüdür. Bu sözün mənası isə “idarəni ələ keçirən, hakim vəziyyətə gələn, nəzarəti öz üzərinə götürən” şəklindədir. Ərəbcə mənasına baxanda bu ayədə işlənən “dost” kəlmələrinin həqiqətdə idarəçi mənasına gəldiyi asan şəkildə başa düşülür. Burada müsəlmanların musəvi və xristianların idarəsi altına girməyi qadağan olunur.
Burdakı hikməti anlamaq isə çox çətin deyil. Eyni tövhid inancı və eyni təməllər üzərinə qurulu olsalar da, hər dinin özünə aid ibadət formaları və hökmləri vardır. Dolayısilə, musəvi və ya xristianın idarəsində olan bir müsəlmanın ibadətlərini yerinə yetirməsinin çətin olması ehtimalı çox yüksəkdir. Belə çətinliyin olmaması üçün ayədə bu cür hökm verilir.

