Müsəlmanlarla görüşmədən din əxlaqını yaşamaq mümkündürmü?

Bir mömin, zəruri səbəblərlə tək qalmaq məcburiyyətində olmadığı müddətcə digər möminlərlə birlikdə yaşamalıdır. Çünki müsəlmanın gözəl əxlaqını, fədakarlığını, nəsihətə tabe olmasını, təvazökarlığını, sevgisini və sədaqətini göstərə bilməsi üçün möminlərlə birlikdə olması lazımdır.

Əks halda, bir mömin din əxlaqından uzaq olan bir insana qarşı sədaqət göstərə bilməz. Quran əxlaqına zidd davranmaz. İman sahibi olmayan bir şəxsə qarşı təslimiyyət göstərməz. Allaha inanmayan biri ilə birlikdə Allahı zikr edə bilməz. Buna görə də Quranda təsvir edilən həyatı tam şəkildə yaşaya bilməsi üçün möminlərlə birlikdə olmalıdır.

Bundan əlavə, iman sahibi olan bir insan üçün İslam əxlaqının insanlar arasında yayılması və hər kəs tərəfindən yaşanması çox əhəmiyyətlidir. Çünki bu, Allahın möminlərə yüklədiyi məsuliyyətlərdən biridir. Belə bir fəaliyyət isə möminlərin bir-birlərinə bütün gücləri ilə dəstək olmalarını tələb edir. Buna görə də Allah iman gətirənlərə “möhkəm bir divar kimi cərgə-cərgə düzülüb” hərəkət etmələrini əmr edir. (Saff surəsi, 4)

Həmçinin bir mömin yalnız Quran əxlaqını yaşayan imanlı insanların yanında rahatlıq tapar. Allahı dost tutmuş bir insanın dostluğundan zövq alar. Qarşısında gözəl əxlaqlı və Allaha dərindən bağlı bir insan görmək istəyər. Axirətdə əbədi olaraq birlikdə olmaq istədiyi insanlarla dünyada da birlikdə yaşamağı arzulayar. Allah dinin bu hökmünü Quranda belə bildirmişdir:

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Kəhf surəsi, 28)