İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə müzakirə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)
De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)
Bu ayələrdə göründüyü kimi, müsəlmanların vəzifəsi kitab əhlini pisləmək, onlara kin bəsləmək, hətta onları öldürmək deyil; onları yalnız gözəl üslubda Allahın birliyinə çağırmaqdır. Tövhid inancı hər üç dində də təməl inancdır. Müsəlmanlar kitab əhli ilə görüşüb söhbət edir, onlara təbliğ edir və onları Allahın birliyinə və endirilən haqq kitabların hamısına inanmağa çağırırlar. Aralarında dostluq münasibəti və təbliğ mövcuddur. Qurana əsasən, bir müsəlman kitab əhlindən birini görəndə ona təzyiq etməməli, onunla ən gözəl şəkildə danışmalı və ən gözəl tərzdə Allahın birliyinə çağırmalıdır.

