Kitab əhlinin, müsəlmanların və ya hansı topluluğun içindən çıxırsa çıxsın, din mövzusunda iman edənlərə qarşı savaşan, çətinlik törədən, iman edənləri yaşadıqları yerlərdən sürgün etməyə, həmçinin öldürməyə çalışan azğın insanlar Quranda alçaldılır. Fəqət bunun xaricində, yəni zülm etməyən topluluğa qarşı müsəlmanlar mütləq ədalətli davranmalıdırlar. Bəzən ədalət insanın öz əleyhinə hərəkət etməsini lazım edə bilər. Öz əleyhinə belə olsa, ədaləti ayaqda tutmaq üstün xüsusiyyətdir. Müsəlmanlar bunu Allahın əmri olaraq yerinə yetirirlər. Bu davranış haqqında ayədə belə buyurulur:
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Nisa surəsi, 135)
Bu hökmə əsasən, müsəlmanlar bəzən öz haqlarını bir kənara qoyub musəvi və xristianların, hətta dinsizlərin haqqını müdafiə etməlidirlər. Dolayısilə, Qurandakı ədalət sistemi musəviyə lənət edənin savab alacağını iddia edən azğın xurafatçı anlayışına tamamilə ziddir.

