Müsəlmanların incəsənətə baxışı necə olmalıdır?

Allah yer üzündə müxtəlif gözəlliklər yaratmışdır. İncəsənət bu gözəlliklərin insanlar tərəfindən nümunə götürülməsi və təqlid edilməsi nəticəsində meydana çıxar. Buna görə də incəsənət Allahın insanlara bəxş etdiyi böyük bir nemətdir. Allah insanı estetikadan və gözəlliklərdən zövq alacaq bir fitrətdə yaratmışdır. Xüsusilə möminlər Allahın bu nemətlərini təqdir edə bilən, onlardakı incəlikləri görə bilən, sərbəst düşünərək estetika mövzusunda geniş dünyagörüşünə sahib olan insanlardır. Buna görə də onların incəsənətdən aldıqları zövq qat-qat artar.

Möminlər incəsənəti cənnət neməti kimi görərlər. Quranda cənnətin insan ruhunda dərin təsir buraxacaq gözəllikdə, bənzərsiz bir sənətlə bəzədildiyi bildirilir.

Ayələrdə cənnətdə qızılla işlənmiş yastıqların, atlasdan hazırlanmış ağır naxışlı geyimlərin, qiymətli daş-qaşların, uca köşklərin, yaşıl ipəkdən paltarların və üzərinə qiymətli daşlarla incəliklə bəzədilmiş taxtların olduğu xəbər verilir. Allahın təriflədiyi bütün bu gözəlliklər möminlər üçün dünyada da böyük bir nemətdir.

Bundan əlavə, Quranda bəhs edilən hz. Süleymanın sarayının gözəlliyi də möminlərin incəsənət və estetika anlayışını göstərməsi baxımından diqqət çəkicidir. Hz. Süleyman sarayını hovuzlar, böyük çanaqlar və heykəllərlə bəzəmiş, onu görənlərin heyran qaldığı möhtəşəm bir sənət əsəri meydana gətirmişdir.