Müsəlmanların gözəl əxlaqı

Pisi uzaqlaşdırmaq üçün pislik edilməz

Pisi uzaqlaşdırmaq üçün pislik edilməz. Tərs söz deyənə tərs söz deyilməz, döyənə döyərək cavab verilməz. Allah ayədə yaxın dostun olar deyir. Onun üçün, yəni ironiyalı, pis sözə, pis bir söz ilə cavab vermək deyil, gözəl və nəzakətli söz ilə cavab vermək lazımdır. Yəni o təəccüblənsin, müsəlmanın tərbiyəsinə, səbrinə, intiqam almaqdan çəkinməsinə, insancıllığına təəccüblənsin və gözəl nümunə götürsün. Həqiqətən də, sonra dost olurlar. Quran buna işarə edir, inşaAllah.

Allah ayənin davamında deyir ki; “Buna, səbir edənlərdən başqası qovuşdurula bilməz”. İndi kimsə sənə pis söz dedi. Buna ağır cavab verəndə, insan nəfsi rahatlayar. Məsələn, ağır bir təhqir ilə cavab verdikdə, rahatlayar. Amma səbir edən nə edir? Özünə hakim olur, hirsini boğur, səbir edir və gözəl bir söz deyir. Allah deyir ki, “Buna, səbir edənlərdən başqası qovuşdurula bilməz. Və buna, böyük bir pay sahibi olanlardan başqası da qovuşdurula bilməz.” Böyük pay nədir? Allahın razılığı, rəhməti və cənnətidir, İnşaAllah.

“Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Siz günəşə də, aya da səcdə etməyin”. Yəni Allah azğın inanc şəkilləriniz olmasın deyir. “…Allaha səcdə edin…” Allaha iman edin, namaz qılırsınızsa, Allah üçün namaz qılın. Allaha ibadət etmək istəyirsinizsə, mütləq Allaha ibadət edin deyir. “Əgər onlar təkəbbürlənsələr,” namaz qılmaq mənə çətin gəlsə, yoldaşlarım görər, utanaram, alçalaram, səcdəyə gedəcəyəm, mən bunu edə bilmərəm deyir. “Əgər onlar təkəbbürlənsələr, Rəbbinin qatında olanlar, Onu gecə və gündüz təsbeh edərlər və bundan bezməzlər.” Mələklər gecə-gündüz Allahı təsbeh edirlər. Bəzisi rukuda, bəzisi səcdədə və bəzisi də qiyamdadırlar və Allah bundan da bezməzlər deyir. Bunda bir işarə daha var; namazdan bezilməz, gözəl əxlaqdan bezilməz, sevgidən bezilməz, insan sevdiyindən bezməz. Gözəl sözdən, gözəl nəzakətli rəftardan bezməz. Bu, möminin xüsusiyyətidir. Allah mələkləri nümunə göstərdi. Onlar bezmirlər deyir, siz də əsla bezməyin deyir.