Müsəlmanların əsl İsəvilərlə ittifaqı olubmu?

“O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏTİ İSLAMİYYƏYİ, yəni (İslam xəlifəliyini) BİRLİYİ İSLAMA BİNA EDƏRƏK (İslam Birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏR İLƏ (dindar Xristianlarla və Xristian alimlər İlə) İTTİFAQ EDİB (əməkdaşlıq və həmrəylik içərisinə girərək) DİNİ İSLAMA (İslam dininə) XİDMƏT ETMƏKDİR.” (Sikke-i Tasdik-i Gaybi, 9)

Bədiüzzaman hz. Mehdinin İslam cəmiyyətini birləşdirib xristian başçılar ilə islam və xristianlığın ortaq cəbhəsi olan “materializm və dinsizliyə” qarşı ittifaq edəcəyini və bu yolla İslam dininə xidmət edəcəyini bildirir. Bir Quran ayəsində bildirildiyi kimi, “…iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, – deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.” (Maidə surəsi, 82) səmimi müsəlmanlar və səmimi xristianlar bir-birlərinin təbii müttəfiqidirlər. Dinsizliyə qarşı ortaq fikri mübarizə aparmalı və bir-birilərinə yardım etməlidirlər. Axırzamanda bu həmrəyliyin ən gözəl nümunəsi hz. İsa və hz. Mehdi vəsiləsi ilə yaşanacaq. Bədiüzzaman da bu sözləri ilə hz. Mehdinin bu əhəmiyyətli əlamətinə diqqət çəkir.

Hz. Mehdinin İslam Birliyini qurub xristian başçılarla ittifaq etməsi və bu vəsilə ilə İslama xidmət etməsi Bədiüzzamanın yaşadığı dövrdə və əvvəlində də baş verməyib. Bədiüzzaman özü həyatda ikən hələ baş verməmiş bu əhəmiyyətli həqiqəti xatırladaraq, özünün hz. Mehdi olmadığını bir daha sübut edir və hz. Mehdinin özündən sonra gələcəyini müjdələyir.