Bu ayədə müsəlmanlara nəsihət olunur ki, öz canlarını təhlükəyə atsalar da, onlardan kömək və sığınacaq istəyən müşriklərə yardım etsinlər. Ayəyə əsasən, həmin müsəlmanlar müşrikəri qorumaq üçün ÖZLƏRİNİ SİPƏR EDİRLƏR. Başqa sözlə desək, müsəlman Allahı inkar edən birinin canını qorumaq üçün həyatına risk edib onu təhlükəsiz yerə çatdırmalıdır.
Bu, Quranın hökmüdür. Quranın hökmünə görə, bir insan Allaha inanmadığı üçün öldürülmür. Tam əksinə, müsəlmanların canı bahasına qorunur. Buna görə də, qarşı tərəfin Allaha inanıb-inanmadığı və ya başqa dindən olub-olmadığı savaşa əsas vermir. Savaşa əsas verən şey qarşı tərəfin hücum, işgəncə və ya qətlə yetirmək kimi hərəkətlərə yol verməsidir.
Ayənin işarə etdiyi həqiqətlərdən biri də budur ki, hücum edib azğınlığa yol vermədikləri müddət boyu din, dil, millət və inanc ayrı-seçkiliyi edilmədən bütün insanlar müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman müsəlmanı qoruduğu kimi, kitab əhlini, hətta ateist və kommunisti də qorumalıdır. Bu, müsəlman olmağın şərtidir və Qurandakı müsəlmanın tərifidir. Bir insan müsəlman olduğunu deyirsə, mütləq qoruyucu olmalıdır.

