Müsəlmanlara dəstək vermək, münaqişəyə girməmək

Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində olmalarını, bir-birinə hər bir

Allah Öz ayələrində möminlərin birlik və həmrəylik içində olmalarını, bir-birinə hər bir məsələdə dəstək vermələrini və kömək etmələrini vacib bilmişdir.

Qurana baxdığımız zaman müsəlmanların yer üzündəki mövqeyinin və Allah dərgahındakı qiymətinin başqa insanlardan daha fərqli olduğunu görürük. Müsəlmanlar vicdanlı, əxlaqlı və şərəfli bir həyat yaşadıqları üçün Allahın sevdiyi və dəyərli saydığı insanlardır. Lakin Quranda Allah dərgahında qiymətli və hörmətli olan bu qulların sayının azlığına da diqqət çəkilir. Allah ayəsində əksər insanların iman gətirməyəcəyini və iman gətirən insanların bir çoxunun da şirk qoşmadan iman gətirməyəcəyini bildirir. Bu isə əsl müsəlmanların yer üzündə azlıq təşkil edəcəyi mənasına gəlir. Bu səbəbdən hətta bircə müsəlmanın belə iman gətirənlər baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Quranda müsəlmanların bir-birləri üçün dəyəri qoruyucu, himayə edən, köməkçi mənasına gələn “vəli” sözündən istifadə olunaraq açıqlanır.

Elə buna görə də Allah hər bir əsrdə sayları olduqca az olan iman sahibi insanların bir-biri ilə sıx bağlı olmalarını əmr etmişdir. Müsəlmanların bir-birinin dəyərini yaxşı bilmələri, hər hansı bir çətinliklə üzləşəndə bir-birinə tam dəstək vermələri, yardımlaşmaları və birləşmələri Quranda müsəlmanların üzərinə qoyulan öhdəliklərdən biridir. Müsəlmanlar hər bir hadisə zamanı və ya hər bir şəraitdə bir-birini Allahın əmri ilə qoruyur və dəstəkləyirlər. Onlar bütün imkanları ilə – sözlə, maddi və ya mənəvi cəhətdən müsəlmanların qüvvətlənməsi, inkişaf etməsi və irəliləməsi üçün çalışırlar.

Ayədə diqqət yetirilən ən mühüm məqam müsəlmanlar arasında pozulması mümkün olmayan əlaqənin olmasının vacibliyidir. Bu, müsəlmanlar arasında mənəvi bağlılıq qədər, zahirən aydın görünən qüvvətli bir bağlılığın yaranmasının lazım olduğuna işarə edir. Yəni Quranda müsəlmanları uzaqdan seyr etmək və dəstəkləmək kimi məntiq yoxdur. Mömin bir insanın həqiqi yeri müsəlmanların arasındadır. Bu səbəbdən də inanc sahibi olan bir insan ibadətlərini, xidmətlərini və fikir mübarizəsini müsəlmanlar arasında yerinə yetirməklə, onlara dəstək verir.