20-ci əsri qana bulayan və milyonlarla günahsız insanın həyatına son qoyan diktatorların hamısı qeyd-şərtsiz ateist olublar. Təkamül nəzəriyyəsi insanın bir heyvan növü olduğunu, dolayısilə heyvan kimi yaşadıqda inkişaf edəcəyini qarşıya qoyur. Buna inanan və öldükdən sonra etdiklərinə görə yaradanına cavab verəcəyinə inanmayan ateistlər dünyanı Cəhənnəmə çevirmişlər. İslamın müqəddəs kitabı Qurani-Kərimdə terroru əmr edən, şiddəti tövsiyyə edən, təzyiqi və məcburiyyəti öyrədən heç bir hökm yoxdur.
İslamafoblar, hz. Məhəmmədin dövründə müsəlmanların özlərini müdafiə etmələri üçün nazil edilmiş döyüş ayələrini öz ağıllarına görə şərh edərək Quranın döyüşə təşviq etdiyini iddia edirlər. Və İngilis Dərin Dövlətinin bəzi Orta şərq ölkələrində döyüşən müsəlman görünümlü pullu əsgərlərini nümunə göstərərək bu iddialarına öz ağıllarına görə sübut gətirmiş olurlar.
Terroru təşviq edən İslam dini deyil ateizmdir. Zəifi əzərək güclənmənin sözdə elmi izahını verən təkamül nəzəriyyəsinə görə dünyanın bir çox yerində haqsız yerə qan axmışdır.

