Müsəlmanlar terroristdir?

Müqəddəs Qurani-Kərimdə müharibə xaricində insan öldürmək və durduq yerə müharibə elan etmək də Allah tərəfindən haram buyurulmuşdur. Yəni bir müsəlman, sadəcə düşmən hücum edərsə müdafiə məqsədli döyüşə və öldürə bilər. Bunun xaricində İslamda qan tökmək, şiddət və təzyiq haramdır. Məzhəblərdə isə bunu edənlər Qurana əsasən etmirlər. Mübarək Peyğəmbərimizin adından uydurulmuş saxta hədis və sünnəyə əsasən edirlər.

Quran döyüşün yox sülhün tərəfdarıdır:

“… Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.” (Nisa surəsi, 90)

“Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.” (Ənfal surəsi, 61)

Ateizmə (darvinizmə) görə isə insan bir heyvan növüdür və yer üzü də mübarizə meydanıdır. Buna görə insanlığın inkişaf etməsi üçün insanlar da təbiətdəki heyvanlar kimi bir-birlərini öldürməlidirlər. Və nəticədə guya güclülər həyatda qalacaq, zəif fərdlər yox olacaq, gələcək nəsillər daha güclü fərdlərdən gəldiyi üçün daha çox inkişaf etmiş olacaqlar. Təbii ki bunların heç bir elmi sübutu yoxdur amma 20-ci əsrin əli qanlı diktatorları, bu darvinist zehniyyətdə olduqları üçün 120 milyondan çox məsum insanın həyatına son qoyublar.

Din sevgi, mərhəmət və sülhü əmr edir. Terror isə dinin əksinədir, yəni mərhəmətsizdir; qan tökmək, öldürmək, acı çəkdirmək istəyir. Buna görə də müəyyən terror aktının səbəbini tapmaq istəyərkən onun qaynağını dində və dindarlıqda deyil, dinsizlikdə axtarmaq lazımdır. Belə amansız və vəhşi hadisələrin mənbəyini faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıması, şəxsiyyət vəsiqələrində nə yazılması önəmli deyil. Bir adam günahsız insanları gözünü də qırpmadan öldürürsə, deməli, o, əlbəttə ki, dindar deyil və mütləq dinsizdir. Bu səbəblə də “İslam terroru” ifadəsi son dərəcə xətalı və kökündən yanlış anlayışdır. Əksinə, İslama görə, terror adlandırdığımız əməllər böyük günah və cinayətdir.