Müsəlmanlar bölünməməlidir

Ənfal surəsi, 46-cı ayə

Ənfal surəsi, 46-cı ayə. “Allaha və Rəsuluna itaət edin”, yəni Qurana uyun, Rəsulun sünnəsinə uyun. Rəsulun sünnəsi isə Qurandır, inşaAllah. “Çəkişib bir-birinizə düşməyin”, ayrı-ayrı qruplar meydana gətirib, məzhəblər meydana gətirib bir-birinizə düşmən olmayın.

“Zəifləyər, gücdən düşərsiniz”, zəifləmək nə deməkdir? Gücünüz gedər, mübarizə əzminiz qırılar, səfeh ruhu meydana gələr, deyir Allah. “Zəifləyib gücdən düşərsiniz.” Yəni İslam Birliyi də yaranmaz, o zaman deyir Allah. Amma bir-birinizlə münaqişə etsəniz, camaatlara ayrılsanız, qruplara ayrılsanız, bölünsəniz, şəxsi-mənəvidir deyə Mehdiliyi inkar etsəniz, müsəlmanları ayrı-ayrı, kiçik qruplara bölüb, onları da özləri içərisində mübarizə aparan bir modelin içərisinə girməyin, deyir Allah. Baxın “gücünüz gedər” deyir. Gücü qalmır adamın, taqəti qalmır. “Səbir edin şübhəsiz, Allah səbir edənlərlə bərabərdir”. Deməli, İslam Birliyinin qurulması vaxt alacaq, inşaAllah.