Müsəlmanlar bir-birlərini qorumalıdır

Ənfal surəsi, 71-ci ayə

Ənfal surəsi, 71-ci ayə. “Əgər sənə xəyanət etmək istəyərlərsə, onlar daha əvvəl Allaha da xəyanət etmişlərdi; beləcə O da, “pozğunluğa məruz qalmaları (üçün) sənə imkan vermişdi.” Deməli, küfrün pozğunluğa məruz qalması üçün Allahın imkan verməsi və Allahın xüsusi mühit hazırlaması lazımdır və güc verməsi lazımdır. Deməli, sosioloji güclərlə olmur, Allahın güc verməsi ilə və zəmin hazırlaması ilə olur.

“Allah, biləndir, hökm və hikmət sahibidir. Həqiqət budur ki, iman edənlər, hicrət edənlər, Allah yolunda mallarıyla və canlarıyla cihad edənlər, hicrət edənləri saxlayanlar və kömək edənlər, bir-birlərinin vəlisi olanlar bunlardır.” Əvvəlcə iman etmək, ikinci Allah yolunda hicrət etmək. Küfr isə, dinsiz, imansızsa anasının, atasının yanında dayana bilməz. Müsəlmanların yanına gedəcək. “Allah yolunda mallarıyla,” malını, mülkünü Allaha təslim edəcək. “Və canlarıyla,” lazım olsa, Allah yolunda canını verəcək, gəncliyini verəcək, həyatını verəcək. “Cəhd edənlər, hicrət edənlər” yəni Allah yolunda mübarizə aparanlar “və onları saxlayanlar,” Hicrət edənlər; məsələn, Allah rizası üçün, həqiqətən məcbur olduğu üçün, çətin vəziyyətdə olduğu üçün müsəlmanın yanına gəlmişdir. Müsəlman onu himayə edəcək. Səmimi müsəlmandırsa, geri çevirməz. “Və kömək edənlər,” lazım olsa; məsələn, bir çörək yeyirsə, yarısını qardaşına verəcək, kömək edəcək. “Bir-birlərinin vəlisi olanlar bunlardır.” Dost, qardaş, qoruyucu olanlar bunlardır.

“İman edib hicrət etməyənlər, onlar hicrət edənə qədər, sizin onlara heç bir şeylə vəlayətiniz yoxdur.” Onları siz qorumaq vəziyyətində deyilsiniz, deyir Allah. “Amma din mövzusunda sizdən kömək istəyərlərsə, kömək üzərinizdə öhdəçilikdir.” Yəni Quranın, dinin bir hökmünü soruşurlarsa, onlara izah edərsiniz. Amma onun xaricində Allaha, dinə özünü həsr etmədisə, küfrün içində yaşayırsa və müsəlmanların yanına hicrət etmədisə bir məcburiyyət yoxdur.