Müsəlmanlar qardaş olaraq və güclərini birləşdirərək dünyaya sülh və rifah bəxş edə bilərlər. Bu şəkildə Quranın müsəlmanların üzərinə qoyduğu öhdəliyi yerinə yetirmiş olarlar. Müsəlmanlar arasındakı ayrılıq sadəcə bir tələdir. Bu tələyə düşmək müsəlmanlara çox baha başa gəlmiş, daim şiddət və qan gətirmişdir. Müsəlman aləmi tələyə düşdüyünü görməli və ayrılığın deyil, ittifaq etməyin yollarını axtarmalıdır. “Möminlər ancaq qardaşdırlar. Buna görə də qardaşlarınızın arasını düzəldin” (Hucurat surəsi, 10) ayəsinin tələbi olaraq, digər müsəlman ölkələr də hər zaman bu anlaşmazlıqları aradan qaldıracaq yollar tapmalıdırlar.
Müsəlmanlar ayrılığın deyil ittifaqın yollarını axtarmalıdırlar
