Hud surəsi 109-cu ayə; “Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Yəni, “tərəddüdə düşmə” -deyir. Bəzən müsəlmanlar küfrü araşdırdıqları vaxt tərəddüdə düşə bilirlər. Məsələn, darvinizmi araşdırır, “görəsən doğrudur mu?” -deyir. Bu səfər “Allah var mı?” kimi sual yaranır ağlına, haşa. İmanı bir gəlir bir gedir. Və ya ateist saytlara girirlər, ağılları bir ara durur, yenə düzəlir bunun kimi hadisələr baş verir. Müsəlman belə etməməlidir. Müsəlman bir dəfə iman edər, son nəfəsinə qədər o imanla yaşayar. İman dəyişməyən bir şeydir. Inkişaf edər, böyüyər, amma geriləməz. Geriləməyən bir şeydir. Ayrıca, iman müzakirə edilməz. “Görəsən”i olmaz imanın. Ağıllı, səmimi olaraq iman edərsən. Bir görüntü görürsən ellips şəklində bir ekranda, üçölçülü (3D). Biri görür. Sırf bu dəlil kifayətdir. Bu Allahın varlığının dəqiq, yüz faizlik dəlilidir. Və ikinci bir ehtimal sonsuza qədər də yoxdur, inşaAllah.
“Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. Şumerlər necə tapınırdı maddəyə? Hər şeyi maddə yaratdı deyirdilər. Qədim Misirdə nə deyirdilər? Onlar da “hər şeyi maddə yaratdı” deyirdilər, təsadüflər nəticəsində. Darvinistlər, materialist və təkamülçü idilər. “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”.

