İmanlı bir insan ibadətlərinə göstərdiyi diqqəti ilə bilinər. Allahın vacib etdiyi namaz, oruc və təsbihat ibadətlərini həyatı boyunca həvəslə davam etdirər. Allah saleh Müsəlmanların ibadət həvəsini bir çox ayəsində belə xəbər verir. Bu ayələrdən biri belədir:
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır. (Rad surəsi, 22)
Namaz, möminlərə ömrünün axırına kimi davam etdirmələri əmr olunan, vaxtları təyin olunmuş bir ibadətdir. İnsan unutqanlığa və qəflətə düşməyə uyğun varlıqdır. İradəsindən istifadə etməyib özünü gündəlik hadisələrin axarına təslim edərsə diqqət verməsi və unutmamalı mövzulardan uzaqlaşar. Allahın onu hər tərəfdən əhatə etdiyini, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, taleyin xaricində heç bir hadisənin baş verməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsl məqsədini anlamaya bilər.
İbadətlər isə, bu unutqanlığı və qəfləti yox edərək, möminin şüurunu və iradəsini canlı tutur. Möminin daimi Allaha yönəlməsini təmin edir və Rəbbimizin əmrlərini həyatı boyunca davam etdirməsinə kömək edir. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan mömin, Rəbbimiz ilə mənəvi əlaqə qurur. Namazın insana Allahı xatırlatdığını və insanı hər cür pis əməldən qoruduğu bir ayədə belə bildirilir:
(Ey Peyğəmbər!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Tarix boyu peyğəmbərlər qövmlərinə Allahın vacib etdiyi namaz ibadətini təbliğ edib, özləri də həyatı boyu bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olublar. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:
– Hz. İbrahim üçün:
Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et! (İbrahim surəsi, 40)
– Hz. İsmayıl üçün:
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi. O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu. (Məryəm surəsi, 54-55)
– Hz. Musa üçün:
Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 14)
-Hz. İsa üçün:
(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)
Mömin qadınlara nümunə olaraq göstərilən Hz. Məryəmə də namaz qılmaq əmr olunub:
Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” (Ali İmran surəsi, 43)

