Müsəlman yalan danışmaz

Yalan danışmaq şeytanla əməkdaşlıqdır

Yalan Danışmaq Şeytanla Əməkdaşlıq Etmək Deməkdir.

Yalan Danışmaq Şeytanla Əməkdaşlıq Etmək Deməkdir
İlk Yalançı: Şeytan
Şeytanın bəzi xüsusiyyətlərini Allah Quranda belə bildirir:

O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allaha qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər. (Bəqərə surəsi, 169)

Yalançılıq da, şeytanın insanlar üzərindəki pis təsirlərindən biridir. Şeytan, yalanı insanlara asan yol kimi göstərər və bu yöndə təlqin verər. İmanı zəif olan insanlar isə şeytanın bu pıçıltılarına uyarlar. 11-ci əsrin İslam alimlərindən Əbdülqadir Gilani; “şeytan sənə nələr etmədi ki… Yalanı sənə sevdirdi. Səhv işləri sənin üçün bəzədi” sözləriylə şeytanın yalançılığı sevdirmə xüsusiyyətinə diqqət çəkmişdir.

İnsanların bir hissəsi axirəti düşünmədikləri üçün, bir hissəsi də, söylədikləri yalanların zərərsiz olduğunu zənn etdikləri üçün asanlıqla yalan danışa bilirlər. Bəzi cəmiyyətlərdə olduqca geniş yayılmış “ağ yalanlar” ifadəsi də bunun bir nümunəsidir. Guya ağ yalanlar, heç kimə zərər verməyən, günahsız, insanı həmin an bir çətinlikdən xilas edən kiçik yalanlardır. Bu cür yalanların heç bir problemi olmadığına inanarlar. Lakin yalan, istənilən halda səmimiyyətsizlik, ikiüzlülük və saxtakarlıqdır. Yalan danışan insan, qarşısındakı insanı aldadır, ona qarşı səmimiyyətsiz davranır, ona hörmət və sevgi bəsləmədiyini göstərir. Buna görə də, yalanı, qara və ya ağ kimi sifətlərlə təsnif edib, “bu yalandan heç nə olmaz”, “bu zərərsizdir” kimi çıxarışlar etmək düzgün deyil.
Yalan, Allahın məmnun olmadığı və insanlara qadağan etdiyi bir davranışdır. Peyğəmbərimiz (s.ə.v) də, bunu tez-tez dilə gətirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bu məsələ ilə əlaqədar sözlərindən bəziləri belədir:

“Yalanın hər növü günahdır…”

“Ey insanlar, pərvanənin oda atılması kimi, sizi yalanın arxasına düşməyə sövq edən şey nədir?”

“Yalan söz, böyük günahlardandır”.

Bu insanlar tez-tez yalan danışmaqlarına baxmayaraq, bu insanlar əxlaqsızlıq etdiklərini əsla qəbul etmirlər. Şeytanın yolunu izləyərək yalanlarını müxtəlif bəhanələrlə izah etməyə, üzlərində məsumluq ifadəsi yaratmağa çalışırlar. Məsələn, “ağzımdan elə çıxdı”, “səhv dedim”, “əskik danışmışam”, “səhv xatırlamışam”, “o hissəsini deməyi unutmuşam”, “başqa söhbətlə qarışdırmışam” və s. belə ifadələrlə yalanlarına məsumluq donu geyindirməyə cəhd edirlər. Bir sözlə, əslində pis niyyətlə yalan danışmadıqlarını və yalanlarının zərərli olmadığını iddia edirlər. Yalançılığın pis əxlaq olduğunu xatırlatdıqda, yalan danışmaq istəmədiklərini, sadəcə mövcud vəziyyəti açıqlamağa çalışdıqlarını deyirlər. Səmimiyyətsizlikləri sübut olunduqda isə bu dəfə də başqa üsula əl atırlar. İnsanların düşüncələrinin onlar üçün əhəmiyyətli olmadığını, qəlblərindəki təmiz niyyətdən əmin olduqlarını vurğulayırlar. Əlbəttə, insanın niyyəti çox əhəmiyyətlidir. Lakin bu həqiqəti dilə gətirməkdə tək məqsədləri səmimiyyətsizliklərini ört-basdır etməkdir. Burada unutduqları ən böyük həqiqət Allahın onsuz da hər şeyi bilməsidir. Bəhsi keçən insanlar isə bu həqiqətdən sui-istifadə etməyə çalışır, qəlblərindəki əsl niyyəti Allahın bildiyindən arxayın olduqlarını deyir, bu arxayınlıqlarını “dəlil” kimi təqdim edirlər. Ancaq qəlbən nə qədər səmimiyyətsiz olduqlarını bilirlər. Beləliklə, niyyətin əsas əhəmiyyət daşıdığını və başqaları onlara inanmasa da, öz səmimiyyətlərindən əmin olduqlarını dediklərində də yalan danışırlar. Qəlblərində gizlətdiklərinə Allahı şahid göstərirlər. Halbuki Allah onların yalan danışdıqlarını bilir. Quranda bu insanların vəziyyəti “…Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar” (Ali İmran surəsi, 78) ayəsi ilə bildirmişdir.