Qurana baxdığımız zaman görürük ki, mömin üçün “boş vaxt” anlayışı yoxdur. Müsəlmanın hər anı doludur. Allahdan qorxan və Onun əmrlərini həssaslıqla yerinə yetirən bir mömin, daha çox xeyirli əməl işləyərək Allaha daha da yaxınlaşmaq üçün daim saleh əməllərlə məşğul olar. Vaxtını Allahın Quranda bildirdiyi ibadətlərlə keçirər. Bir işini bitirdiyi zaman isə dərhal yeni bir işə yönələr. Daim xeyir və gözəllik axtarışındadır. Bu səyin içində heç bir fasilə, dayanma və ya sərhəd yoxdur. Mömin üçün bir işin tamamlanması, yeni bir işə başlamağın vaxtının gəldiyini göstərir. Çünki mömin dünya həyatında keçirdiyi hər saniyəni Allahın razılığını qazanmaq üçün səy göstərməklə keçirməli olduğunu və axirətdə hər anının hesabını verəcəyini bilir. Buna görə də o, yalnız Allahın razılığını qazanmaq ümidi ilə hər anını Allahın ən çox razı olacağını ümid etdiyi işləri görməklə keçirər. Quranda möminlərin bu səyi belə bildirilmişdir:
Bu halda boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa- davam et. Və yalnız Rəbbinə rəğbət et. (İnşirah surəsi, 7-8) gözləmək olarmı?

