İman edən bütün insanlar kimi, Müsəlman qadının da tək rəhbəri Qurandır. Mömin qadın bütün şəxsiyyətini, xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarlarını və əxlaqını Qurana görə təyin edər. Allah möminlər üçün ən doğru və ən gözəl hökmlərin Quranda olduğunu “…Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) ayəsi ilə insanlara bildirmişdir. Başqa ayədə isə Allah Quranın iman edənlər üçün hər mövzuda yol göstərici kitab olduğunu belə xəbər vermişdir:
“… Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.” (Nəhl surəsi, 89)
Cahil cəmiyyətdə qadınların mənimsədikləri əxlaqa baxdığımızda, bu şəxslərin vərdişlərinə, ya da nəfslərinin istəklərinə görə hərəkət etdiklərini görərik. Uşaqlıq illərindən etibarən xarakterlərini formalaşdıran təlqinlər bu şəxslərin yönəldikləri yeganə yola çevrilmişdir. Ətrafında yaşayan qadınların həmişə eyni cür davranmaları, eyni danışıqları, filmlərdə, romanlarda qadınların həmişə eyni xarakteri göstərmələri, qadınlardan bəhs edilərkən eyni ortaq xarakterin dilə gətirilməsi, bu şəxslər üçün bu xarakteri sanki vərdişə çevirmişdir. Buna görə də onlar üçün doğru yol bütün qadınların ümumi tətbiqləri və nəfslərinin istəkləri olmuşdur. Hər hansı bir hadisə qarşısında verəcəkləri reaksiya, verəcəkləri qərar və hətta bəzən deyəcəkləri sözlər belə eynidir. Ancaq əhəmiyyətli olan isə bu yollarının tamamilə batil olması və özlərini də səhv yola aparmasıdır.
Mömin qadınlar isə hər işlərində Quranı rəhbər etdikləri və Peyğəmbərimizin əxlaqını nümunə götürdükləri üçün daim məqsədəuyğun hərəkət edər, hikmətli qərarlar alar və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri görərlər. Bundan başqa, cahiliyyə əxlaqının qadınlara yaşatdığı bütün narahatlıqlardan və çətinliklərdən uzaq həyat sürərlər.
Allahın, “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl surəsi, 97) ayəsi ilə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl həyat yaşayarlar.
Quran əxlaqına görə yaşamayan cəmiyyətdə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri, ideallarını, düşüncələrini və həyat tərzini dar bir sahə ilə məhdudlaşdırmış olmalarıdır. Müsəlman qadın isə bütün məsuliyyətini dərk edən insandır. Buna görə heç bir zaman yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib Allahın bildirdiyi öhdəlikləri göz ardı edə bilməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər tərəfindəki çətinlik içərisindəki insanların, aclıq çəkən, yoluxucu xəstəliklərlə mübarizə aparan, müharibə və qarşıdurma çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini öz problemi kimi düşünüb onları həll edə bilmək üçün əlindən gələn səyi (cəhdi) göstərər.

