Müsəlman qadının idealları böyükdür

Cahil qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin idealı, düşüncəsi və

Cahil qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin idealı, düşüncəsi və həyat tərzinin çox dar olmasıdır. Bu xarakteri mənimsəyən qadınlar üçün cəmiyyətin nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri var. Əslində onlardan gözlənilən sadəcə bunları ən yaxşı şəkildə yerinə yetirmələridir. Bundan başqa fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün ümumiyyətlə qadınlara imkan verilmir. Qadınlar ancaq bu vəziyyətdən xəbər tutduqları, həyatını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını hiss etdikləri təqdirdə özlərini inkişaf etdirib, düşüncə sərhədlərini genişləndirə bilərlər.

Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə, ümumilikdə götürsək, ailəsini, evini maddi və mənəvi baxımdan yaxşı idarə etməsi və uşaqlarını böyütməsidir. Bunlardan başqa qadınların uşaqlıq vaxtından etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Bunlar da, ümumiyyətlə, saçı, makiyajı, paltarı, dəblə ayaqlaşmaq kimi mövzular, ev təmizliyi, dost yığıncağı kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə, insanın ailəvi məsuliyyətini yerinə yetirməsində, özünə aid ehtiyaclarını aradan qaldırmaqla maraqlanmasında, yaxud evinin təmizliyini təmin etməsində yanlışlıq yoxdur. Yanlış olan, yaşadığı həyatın və üzərinə götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşdırılması və bunu nə məqsədlə etdiyini bilməməsidir.

Allah insanı müəyyən məqsədlə yaratmış, üzərinə düşən məsuliyyətləri Quranda bildirmişdir. Müsəlman qadın hər şeydən əvvəl onu yaradan, həyat verən, yaşadığı hər an onu qoruyan, nemətləri ilə lütf edən Rəbbimizə qarşı məsuldur. Allahın Quranla insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun rizasını qazanacaq işlər görməklə məsuldur. Cahil inancları səbəbindən gözəl əxlaqın qazandıracağı dinc və xoşbəxtlikdən uzaq həyat yaşayan insanlara Quran əxlaqını izah edib, onların Allahın rizasına, rəhmətinə, cənnətinə qovuşmaları üçün əlindən gələn səyi göstərməklə mükəlləfdir.

İnsanlara şeytanın təlqin etdiyi xaosun hakim olduğu, sevginin, hörmətin, dostluq kimi nemətlərin gərəyi kimi yaşanmadığı qaranlıq ruh halından xilas olmağın yolunu göstərmək üçün səmimi şəkildə səy göstərməlidir.

Allah Quranın “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) ayəsi ilə insanlara dünyada çətinlik çəkən gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin vicdanlı insanlar üçün vəzifə olduğunu bildirmişdir.

Allah başqa bir ayədə isə “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.” (Nisa surəsi, 36) sözləri ilə möminlərin öhdəçiliyinin yalnız onlar olmadığını, yetimlərə, yoxsullara, yolda qalmışa və bunlar kimi möhtac olan bir çox insana kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır. Müsəlman qadın bütün bu məsuliyyətlərini dərk edir.

Buna görə də, heç vaxt yalnız öz ehtiyaclarını düşünüb, yalnız onu maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib, Allahın bildirdiyi bu öhdəlikləri göz ardı etməz. Həyata aid idealını, düşüncəsini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər tərəfində olan çətin vəziyyətdəki insanların, aclıqdan əziyyət çəkən, epidemiya xəstəlikləri ilə mübarizə edən, müharibə və qarşıdurma mühitinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemi imiş kimi düşünüb onlara kömək etmək üçün əlindən gələn səyi göstərər. Bundan əlavə gündəlik həyatında qarşısına çıxan məsələlərdə də hər mövzuya layiq olduğu qədər dəyər verər.

Əsl məqsədinin Allahın rizasını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara hüzuru və xoşbəxtliyi yaşayacaq əxlaqı izah edər. Buna görə də, bəzi qadınların gündəlik həyatında qarşılaşıb əhəmiyyətli gördüyü, gözündə böyüdüb kədərləndiyi bir çox mövzunun nə qədər boş və əhəmiyyətsiz mövzular olduğunu bilərək hərəkət edər.