Emosionallıq, din əxlaqının yaşanmadığı cəmiyyətdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın hər insanın əsas xüsusiyyətlərdən biri olduğuna inanılır. Bu düşüncəyə görə, emosionallığın səbəb olduğu hərəkətlər də insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik kimi yanlış xüsusiyyətlərin “insanın içindən gələn duyğular” olduğu düşünülərək həmişə buna təşviq edilir.
Halbuki bu düşüncə tamamilə səhvdir. Xüsusilə cahil cəmiyyətdə qadın xarakterində görünən emosionallıq insanın zəif xarakterli olmasına səbəb olur. Belə halda insan hadisələr qarşısında duyğularına uyğun hərəkət etdiyi üçün ağılla davranmır. Məntiqli və doğru düşünə bilmir, məqsədə uyğun qərarlar qəbul edə bilmir.
Müsəlman qadın bütün həyatını və xarakterini Qurana əsasən müəyyənləşdirdiyi üçün nəfsin bu xüsusiyyətini və ona qarşı necə mübarizə aparmaq lazım olduğunu çox yaxşı bilir. Emosionallığın insanı ağıldan uzaqlaşdırdığını, doğru düşünməsinə və həqiqətləri görməsinə mane olduğunu, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa, cahiliyyə qadın əxlaqına xas olan durğunlaşmaq, kədərlənmək, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq, içinə qapanmaq kimi davranışların imanlı insanın xarakterinə zidd olduğunu da bilir. Çünki bütün bu davranışlar Allahın bəyənmədiyi və insanın bunlardan uzaqlaşmalı olduğu davranışlardır.
Bu mənfi davranışların hər biri insanın bəzi inanc zəifliyindən və həqiqətləri kifayət qədər qavraya bilmədiklərindən qaynaqlanır. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclıq edən, durğunlaşan, içinə qapanan insanlar Allahın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyini dərk etmirlər. Hadisələr qarşısındakı kədərlənmələri, hirslənmələri, qısqanclıq etmələri inanc zəifliyindən qaynaqlanır.
Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allahın idarəsində olduğunu bilərək, hər şeyi xeyir gözü ilə görməyi insanın duyğularına qapılıb mənfi münasibət göstərməsinə mane olur. Müsəlman qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusundan emosionallığın səbəb olduğu bütün yanlış davranışlardan diqqətlə çəkinir. Müsəlman qadın Allahın “Və o kəslər ki: “Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.” (Furqan surəsi, 74) ayəsi ilə bildirdiyi kimi, bütün davranışları, xarakteri, yüksək əxlaqı ilə insanlara nümunə olmağı hədəfləyən insandır. Bu da ona heç bir hadisə qarşısında aciz qalmayan güclü şəxsiyyət qazandırır.
Mömin qadınlar emosional davranışlardan çəkinib güclü xarakter göstərərək bu xarakteri mənimsəyən digər qadınlar üçün gözəl nümunə olacağını bilir və bu məsuliyyəti ilə hərəkət edirlər. Allahın “…Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.” (Həşr surəsi, 9) ayəsi ilə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşur və xoşbəxtliyi ən gözəl şəkildə yaşayırlar. Emosionallığın insanlara yaşatdığı bütün çətinliklərdən və sıxıntılardan uzaq olurlar.

