Müsəlman kədərlənməz

Ömrün hər saniyəsi qeyd olunur

Hər insanın mütləq qarşılaşacağı ölüm həqiqəti ilə birlikdə bu məlumatlar qarşınıza qoyulacaqdır. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz Allah qatında sizə anbaan, dəqiqəbədəqiqə, tək bir saniyəsi belə əskik olmadan təqdim olunacaq.

Əgər ömrünüzü Allahın həyatınızdakı mütləq hakimiyyətinin və hikmətli xəlqinin fərqində olaraq keçirmişsinizsə və həmçinin qarşınıza çıxan bütün hadisələri xeyrə yozub Allahın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüuruna varmışsınızsa, bilin ki, aqibət sizin üçün xeyirli olacaqdır.

Çünki ölümlə birlikdə insanın qarşılaşacağı yalnız iki ehtimal vardır: əgər insan ömrünü Allahın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz qurtuluşla; əksinə olduqda isə sonsuz əzabla qarşılaşacaq. Allahın razı olduğu əxlaq odur ki, insan hər şeyin Ondan gəldiyini bilməli, hər vəziyyətdə Ona şükür etməli və hər hadisədə xeyir olduğuna iman etməlidir.

İnsanın yaşadığı bütün hadisələrdən razı olması, hər hadisədə xeyir olduğuna iman etməsi və hər an Allaha şükür etməsi çox asandır. Bu, Allahın böyüklüyünü və üstünlüyünü qavramağın insanı çatdırdığı qəti həqiqətdir. Bunun üçün insanın yaşadığı dünyanı və rastlaşdığı hər şeyi yaradan Rəbbimizi tanıması və Onu gərəyi kimi təqdir etməsi kifayətdir.