Müsəlman həmişə müsbət əhval-ruhiyyədə olmalıdır

İnsanın yaradılışı din əxlaqına uyğundur

İnsanın aradılışı din əxlaqına uyğundur. Eləcə də, Allah insanlara yaradılışlarına ən uyğun olan əxlaqı öyrətmək üçün Quranı endirmişdir. İnsan ancaq Allahın kitabındakı əmr və tövsiyələri yerinə yetirdikdə və Allahın çəkindirdiyi şeylərdən çəkinib bu sərhədləri aşmadığı zaman rahat, xoşbəxt və dinc olar. Bir ayədə Rəbbimiz belə buyurur:

O zaman, sən üzünü hənif kimi dinə, Allahın o fitrətinə çevir! Belə ki, insanları bunun üçün yaratmışdır. Allahın yaratması üçün heç bir dəyişdirmə yoxdur. Məhz dimdik ayaqda duran din budur. Lakin insanların çoxu bilməz. (Rum surəsi, 30)

Allahın sərhədlərini aşanlar və Quranda öyrədilən əxlaqı görməzlikdən gələnlər isə, təsviredilməz sıxıntı içində yaşayarlar. Çünki cahil cəmiyyətlərdə insanların doğru-yanlış meyarları insandan-insana dəyişər və bir-birindən fərqli milyonlarla düzgünlük meyarı mütəmadi surətdə bir-biri ilə ziddiyyət təşkil edər. Hər kəs “məncə” deyərək öz mənfəətinə ən uyğun fikri irəli sürər və yenə öz mənfəətinə görə hərəkət edər. Halbuki Quran bütün insanları tək bir doğruya, Allahın doğru yoluna yönəldər. Qurandakı yaxşı əməl anlayışı isə belədir:

Yaxşı əməl, üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, mala olan sevgisinə baxmayaraq, onu yaxınlara, yetimlərə, kasıblara, yolda qalanlara, istəyənə və kölələrə (azad edilmələri üçün) sərf edən, dümdüz namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşün qızışdığı vaxtlarda səbr edənlərin (münasibət və davranışlarıdır). Məhz bunlar, düzgün olanlardır və müttəqi olanlar da bunlardır. (Bəqərə surəsi, 177)

Qurana tabe olan insanlar Allahı mümkün qədər ən çox şəkildə razı salmağa və Onun məmnuniyyətini qazanmağa çalışarlar. Bunun üçün də, Rəbbimizin Quranda xəbər verdiyi şəkildə həmişə gözəl əxlaq göstərər, xeyir və gözəllik ardınca gedərlər. Heç bir qarşılıq və təqdir gözləmədən fədakarlıq edər, Allahın əmrinə uyğun olaraq pisliyi yaxşılıqla uzaqlaşdırarlar. Hər sözləri, qərarları, rəftarları, reaksiyaları Allah qorxusuna əsaslandığından həyatlarının hər anında ola biləcək ən gözəl əxlaqı göstərərlər.

Lakin din əxlaqından uzaq yaşayan insanlarda Allah qorxusu olmadığı üçün bu insanları pislikdən əngəlləyən hər hansı səbəb də yoxdur. Bir dəfə dünyaya gəldiyinə və təxminən üç, beş, on il ömür sürüb ardınca ölümlə birlikdə yox olacağına inanan bir insanın fədakar olması, səbrli olması, qarşılıq gözləmədən yaxşılıq etməsi, bir sözlə, gözəl davranışlar göstərməsi üçün, özünə görə bir səbəbi yoxdur. Tam əksinə o, bunların hər birini itki və ya saflıq kimi qiymətləndirəcək. Yenə eynilə öz mənfəətlərinə nail olmaq üçün də heç bir əngəl görməyəcək. Çünki dünyada qarşılıq alacağına inanmadığı kimi axirət inancına da sahib deyil. İnsan, nəticəsində mütləq ziyana uğrayacağı şeydən çəkinər, hələ şiddətli əzabla qarşılıq görəcəyini bilsə, o zaman o hərəkəti etməyə heç cürət etməz. Lakin dindən uzaq yaşayan insanlarda bu çəkinmə hissi yoxdur. Allah qorxusunun olmadığı bir cəmiyyətdə insanlar hər cür pisliyə və degenerasiyaya meyllidir.

Bütün bunların nəticəsində gözəl əxlaqın ancaq Allahın sərhədlərini qorumaqla yaşanacağını, bunun əksi olduqda isə, necə bir mühit yaranacağını əsla anlamazlıqdan gəlməyin. Əgər dünyada da gözəl həyat yaşamaq istəyirsinizsə, mütləq Allahın dininə yönəlmənizin vacib olduğunu görməzlikdən gəlməyin.

Allahın məmnun olacağı əxlaqın ən əsas göstəricilərindən biri, insanın Allaha qarşı olan səmimiyyəti və dürüstlüyüdür. İnsan heç kimə qarşı deyil, yalnız Allaha qarşı məsuldur və axirətdə özünü hesaba çəkəcək olan da Allahdır. O zaman, bəzi dünyəvi mənfəətlər uğruna, Allahı unudub insanların razılığı üçün bəzi yalanlara, səmimiyyətsiz rəftarlara müraciət etmək mənasızdır. Allah hər şeyi gördüyü, eşitdiyi və şahidlik etdiyi halda, əsla səmimi və dürüst olmaqdan başqa yolunuzun olmadığını anlamazlıqdan gəlməyin.