Müqəddəs olan Allahın kəlamıdır, ərəb dili deyil

Saleh bir Müsəlman olmağın ən əsas şərtlərindən biri səmimiyyətdir

Saleh bir Müsəlman olmağın ən əsas şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi mömin olmaq üçün əsas olan Ərəbcə bilmək və ya bilməmək deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmaq və qarşıya məqsəd qoymaqdır. Hər bir Ərəbcə bilənin yaxşı Müsəlman olacağı və ya Ərəbcə bilməyənin də Müsəlman ola bilməyəcəyi kimi məsələlər doğru deyil. Dünyada təxminən 280 milyon insan Ərəbcə danışır. Bu insanlar, Ərəbcənin qrammatikası, söz quruluşunu çox yaxşı bilir. Amma bu insanların böyük bir hissəsi ya ateistdir, ya materializmi müdafiə edir, ya da kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyir. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Tunisdə keçmişdə Müsəlmanlara təzyiq edən, xeyli Müsəlmanın həbsxanalarda ağır şərtlərdə tutulmasına səbəb olanlar da çox yaxşı Ərəbcə bilir.

Bir çox Ərəbcə təhsil verən universitetin fəlsəfə kürsülərində, öz aşağı ağılları ilə İslamı tənqid edən, Quranı tənqid edən (Quranı tənzih edirik), Peyğəmbər Əfəndimiz (s.ə.v.)-i tənqid edən dərslər keçilir. Dünyanın bir çox ölkəsindəki universitetlərdə Ərəb Dili və Ədəbiyyatı bölmələrində minlərlə insan məzun olur. Amma bu insanların böyük bir hissəsi materialist, kommunist və hətta dinsiz olur. Çox yaxşı Ərəbcə bilən amma Peyğəmbərimiz (s.ə.v.)-i öz cahil məntiqinə əsasən təhqir etməyə cürət edən kəslərin sayı olduqca çoxdur. Çox yaxşı, çox səlis Ərəbcə oxuyan insanlar da var. Fatihəni çox yaxşı oxuyan masonlar, kommunistlər, faşistlər də var. Bu səbəbdən, “Ərəbcə bilən yaxşı Müsəlmandır” deyə bir məntiq səhvdir.