Quranda ən əhəmiyyətli mövzu küfrlə mübarizə deyil, münafiqlə mübarizədir. Küfr açıqdır, yəni hədəfini açıq müəyyən edər. Özünü də açıq müəyyən edər. Mübarizə metodu da açıqdır. Amma münafiq elə deyil. Münafiq çox namərddir. Müsəlmanların içərisində şeytani zəka ilə çox incə hiylələr ilə mübarizə aparar. Amma Qurandakı ifadəsi ilə əlbəttə, münafiqin bütün taktikası həmişə müsəlmanların içində olmaz. Münafiq ikinci mərhələsində ayrılma mərhələsinə girər. Ayrılmasında məqsəd də “mən gedirəm, siz də gedə bilərsiniz. Getdikdə heç bir şey olmur görürsünüz. Bir bəla da olmur, başqa bir şey də olmur, Allah dərd vermir, heç bir şey olmaz”. Buna görə də, etdiyi şey “ardı gəlsin” mənasındadır. Lakin münafiqin içi də rahatlamaz. Yəni ardının gəlməsinin mümkün olub olmadığı ilə də maraqlanar.
Onun üçün ayədə “bədəvilərin”, “məlumatı az olan insanların”, yəni “az oxuyan, az araşdıran insanların içərisindən sizi izləyərlər” -deyir. Yəni “nə edirlər görəsən, nə edirlər, ayrılan olurmu, bəla gəlirmi, bir dərd gəldimi? “Sizə uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə fəlakət üz verdikdə isə, buna fərəhlənirlər”. (Ali İmran surəsi, 120) Yəni “əziyyət çəkərlər, iztirab çəkərlər” -deyir. Şəxsən özü tətbiq edərək camaat, yaxud müsəlmanların birliyi nədirsə, Peyğəmbərin yanından getməyin mümkün ola biləcəyini göstərmiş olur. Münafiqin əsl hədəfi müsəlman camaatını, birliyini tamamilə dağıtmaqdır. Yəni əsl hədəfinə o zaman çatacağını düşünər, yəni son hədəfi odur.
Munafiqun surəsi, 7-də, “Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar”. (Münafiqun surəsi, 7) “…lakin münafiqlər anlamırlar “. Yəni münafiqlərdə qavraya bilməmək və ağıl zəifliyi çox güclüdür, Allah bunu möcüzə olaraq ifadə edir. Çox zəki olur, amma anlayış qabiliyyəti, anlama və ağıl qabiliyyəti çox zəifdir. Yəni münafiq o yönü ilə dəlilik dərəcəsində anormaldır.
Məsələn, Əhzab surəsi, 20-də “Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər”. Yəni cahil, məlumatı az olan insanların arasına girib gizlicə sizdən gələcək olan pis xəbərləri gözləyir. Yəni müsəlmanların tamamilə dağılması üçün nələr edilə bilər, uzaqdan bunun planını qurmaq istəyir. “Lakin içinizdə olsaydılar ancaq çox az döyüşərdilər” -deyir. Həqiqətən, münafiq xidmət (cəhd) etmək istəməz. Bu onun aşkar xüsusiyyətlərindəndir. Münafiq küfrə xidmətdə ağlasığmaz çalışqandır. Küfr üçün çox qabiliyyətlidir. Amma “İslamı təbliğ et, Quranı izah et, iman həqiqətlərini izah et” desən, izah etməz. İzah etsə belə onun arasına xurafatlar əlavə edərək müsəlmanlara izah etmək istəyər. Yəni münafiqin hər etdiyində pislik, əxlaqsızlıq vardır.
Müddəssir surəsi 17 və 25-ci ayələr, Allah: “Onu” münafiqi “sərt bir yoxuşa sürükləyəcəyəm” -deyir. Münafiqin həyatı çətindir, yəni çox çətin bir həyatı vardır. Çünki ruhu həmişə qarışıqlıq, mübarizə və anarxiya içindədir. Onun üçün Allah deyir: “Onu sərt bir yoxuşa sürükləyəcəyəm”. Münafiqin həyatının heç bir anı hüzurlu deyil. Həmişə qarışıqlıq, həmişə tənqid, həmişə kin, həmişə aqressiya, həmişə narahatlıq verən şeytani ruha malikdir. Quran buna işarə edir.
“Çünki o, düşündü”, münafiq düşünür “və bir ölçü təsbit etdi”. Yəni münafiq planlarını incə ölçü ilə hazırlayar. Bir ölçü təsbit etdi. Yəni əxlaqsızlıq etmədən əvvəl onu planlayır. Allah: “Lənətə gəlmiş” -deyir. Bu ayə onsuz da münafiqin bəlasını tapacağını göstərir. Allah “Lənətə gəlmiş, necə bir ölçü qoydu?” –deyir. Münafiqin şeytani olduğu üçün çaşdıracaq, heyrət ediləcək ölçüləri vardır, yəni mübarizə metodları çox təəccüblüdür. Dayanmadan, yorulmadan yeni taktikalar, yeni üsullar yaradırlar. Amma Allah onu Özünün yaratdığını deyir.
“Onu sərt bir yoxuşa sürükləyəcəyəm”. Yəni onda qarışıqlıq ruhunu yaradan da Allahdır, amma o özündən zənn edər. “Yenə lənətə gəlmiş necə bir ölçü qoydu? Sonra bir baxdı”. Münafiqin baxışı murdardır, Quran buna diqqət yetirir. “Üz-gözünü turşudub qaşqabağını tökdü”. Baxışı murdardır, sonra qaşqabağını tökür, üzündə murdar, iyrənc, alçaq, namərd ifadə yaranır.
“Üz-gözünü turşudub qaşqabağını tökdü”. Deməli, münafiq üzü ilə çox oynayır. Üzü sanki kukla səhnəsi kimidir, münafiq üzü ilə oynayır, yəni münafiqin sifəti teatr səhnəsi kimidir. “Üz-gözünü turşudub qaşqabağını tökdü”. Yəni üzünə murdar ifadə verir. “Sonra da arxasını çevirib təkəbbür göstərdi”. Münafiq “bir anda dönüb gedər” xasiyyətindədir. Gözləmədiyin hərəkətlər edər. Məsələn, dayanarkən birdən-birə arxasını dönüb gedə bilər. “…təkəbbür göstərdi”, eqoizm və azğınlıqdan qorxunc qürur ifadəsi ilə, şeytani ifadə ilə ortaya çıxır.
“Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!”. Məsələn, ağzından alçaqca ifadə çıxır, “Bu, sehrbazlardan eşidilib təkrarlanan” indi münafiq inandırmaq üçün danışarkən öz ağlına görə elmi, tarixə də əsaslanaraq danışır. Yəni ifadə deyil, öz ağlına görə inandırıcı olduğunu düşündüyü tərzdə, elmi gördüyü tərzdə danışır.
“Bunu da başqasından öyrəndi” -deyir. “Yəni özü də bilmir” -deyir. “Ona başqası öyrətdi” -deyir. “Bu, adi insan kəlamıdır!” Yəni dini adi göstərməyə çalışır. Müsəlmanlar soyusun, şübhəyə düşsünlər, Peyğəmbərin ətrafından dağılıb getsinlər deyə Allahın hökmlərini adi göstərməyə çalışır. Son məqsədi müsəlman birliyini yox etmək, dağıtmaqdır. Bəs şüuraltında buna inanırmı? Şüuraltında inanmır. Şüuraltında Quranın haqq olduğuna inanır.
Allah ayədə deyir: “Buna qəti inandıqları halda, zülm və təkəbbürlə bunları inkar etdilər”. (Nəml surəsi, 14) Çünki Quranın mükəmməl ahəngi var, qüsursuz bir izahatı var. Və 19 möcüzəsini də görür. Bu, nəfəs kəsici bir şeydir, böyük bir möcüzədir. Onsuz da “ölçdü” deyir, “bir ölçü qoydu” deyir. Burada on doqquza işarə var. Bunları gördüyü halda millət, insanlar iman edər inanar deyə tam əksini deyir. Amma yalan danışarkən də inandırıcı olması üçün öz ağlına görə onların inancına uyğun və elmi formada izahatlar verir. “Bu, adi insan kəlamıdır!” -deyir.
“Mən onu Səqərə (cəhənnəmə) salacağam”. Yəni Allah “münafiqlərin sonu budur” -deyir. Yəni tələsməyin mənasını verir. “Sən haradan biləsən ki, Səqər nədir?! O, nə tutub saxlayar, nə də buraxar”. (Müddəssir surəsi, 27-28) Yəni tutmur, rahat hərəkət edir, amma buraxmır da. Çünki cəhənnəm içində sərbəst hərəkət edir, amma hara gedərsə bəla ilə qarşılaşır, hara gedərsə qorxunc, dəhşət verici bir hadisə ilə qarşılayır. Azad olmasındakı məqsəd isə dünyadakı azadlıq marağını Allah orada bəlaya çevirir. Dünyadakı münafiqlər elədir.

