Münafiqlərin zənnə uymağı

(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim

Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax! (Ənam surəsi, 137)

Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır. (Ənam surəsi, 138)

(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən adamlardan) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, – dedilər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.

Zənnə, rəvayətə uyur, “atalarımızdan, əcdadımızdan belə eşitdik” deyirlər. Peyğəmbər (s) adına da yalan danışır, ondan eşitdik deyirlər. Bunu etməyənə kafir deyə ittiham edirlər. “Dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə”; içindən çıxılmaz bir din meydana gətirir. Minlərlə haram, qadağan, qarmaqarışıqlıq yaradırlar. Allah bunların haram yaratma texnikalarından nümunələr verir.