Münafiqlərin zənnə uymağı

Zənnə, rəvayətə uyur, atalarımızdan, əcdadımızdan belə eşitdik deyirlər

Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” – dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir! (Ənam surəsi, 136)

Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax! (Ənam surəsi, 137)

Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır. (Ənam surəsi, 138)

Zənnə, rəvayətə uyur, atalarımızdan, əcdadımızdan belə eşitdik deyirlər. Peyğəmbər (s.ə.v) adına da yalan danışır, ondan eşitdik deyirlər. Bunu etməyəni küfrlə ittiham edirlər. “Dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə”; içindən çıxılmaz bir din meydana gətirir. Minlərlə haram, qadağan, qarmaqarışıqlıq yaradırlar. Allah o dövrdə bunların haram uydurma texnikalarından nümunələr verir. İndiki dövrdə bu davam edir əslində, münafiqlər Quranı və hökmləri dərk etmədiklərinə görə özlərindən yeni hökmlər, yeni haramlar uydurarlar, islamı yaşanmaz, çətin hala salmaq və insanları islamdan uzaqlaşdırmaq və paralel olaraq daha çox pul qazanacaqları ticari formaya salmağa çalışırlar.