Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər. (Mumtəhənə surəsi, 2)
Münafiqlər normalda dili ilə pislik edərlər, yəni realda və ya internetdə fitnə çıxarar, ruh sahiblərinin əleyhinə sözlər yazar, iftiralar atarlar. Amma əli ilə də cinayət işləmək istəyir və ya yandırıb yıxmaq, müsəlmanları öldürmək istəyir. Dilini uzadarkən də Quranla və hədislə edirlər. Münafiq daha təqvalı olma iddiası ilə ortaya çıxar. İslamı daha yaxşı yaşadığı iddiasıyla ortaya çıxar. Dillərini uzatmadakı məqsəd Quran və hədisi şeytani niyyətlə, dillərini əyib bükərək istifadə etmələridir. Müsəlmanların təbliğ etdiyi haqqı batil kimi göstərməyə çalışırlar. Səhifəmdə münafiqlərin yazdığı rəylərə özünüz şahid olursunuz zatən. DM-yə yazılanları hələ demirəm. Bəzi münafiqlərsə səhifədəkilərə əlavə mesajlar yazıb, guya onları “doğru yola” çəkməyə çalışırlar. Allah da onları rəzil rüsvay edir əslində. Yenə də dərs almaz, öz murdar xarakterindən əl çəkməzlər, çünki Allah onların taleyində o cür yazıbdır, vəzifələri budur. Son nəfəsinə qədər bu vəzifələrinə əməl edərlər, eyni iblis kimi. Münafiqlər zatən iblisin insan formasında ordusudur.

