Münafiqlər tələ quran olarlar. Vicdanları çürümüş, davakar münafiqlər hidayəti özü tapa bilmədiyi üçün insanları da azdırmaq istəyir. Usandırmaq üçün əxlaqsız olaraq böhtanlar atarlar, amma bu peyğəmbərlərdə, möminlərdə şövq artmasına səbəb olar, amma bəzi müsəlmanlarda usanma meydana gətirə bilər. Daha şövqlü olmaq lazımdır. Keçici müvəffəqiyyətləri vardır. Səni məhkəməyə verə bilərlər, sənin əleyhində alçaqlıq edə bilərlər. Bir araya gəlib, həqiqətən, müvəffəqiyyətli kimi olar, amma bu keçicidir. Bu müvəffəqiyyət onların əzaba yaxınlaşması üçün bəla olaraq verilir. Onun cəhənnəmdəki dərəcəsi artır, möminin cənnətdəki dərəcəsi artır. Allahın onlara qurduğu bir tələsidir.
Münafiqlərin qurduğu tələ

