Münafiqlərin qısqanması

Münafiqlər, möminlərə verilən nemətləri çox qısqanarlar

Münafiqlər, möminlərə verilən nemətləri çox qısqanarlar. Peyğəmbərimizi (s) də çox qısqanmışdılar; rahatlığını, hüzurunu, zənginliyini, zəfərlərini, gözəlliyini, qüdrətini, hamısını qısqanırdılar. Münafiqlər çox hiyləgərdir. Məsələn, müsəlmanlara zərər vermək istədiklərində, bunu psixoloji yolla edərlər. Küfr əhli açıq şəkildə hücum edər. Məsələn, müşriklər də açıq formada hücum edirlər. Münafiqlərin hiyləgər döyüş üsulu vardır, məsələn münafiqlər həmişə gözlərindən istifadə edərlər, gözü ilə pis baxar. Quranda; “gözləriylə az qala səni aşırdacaqlar” deyir. Peyğəmbərimizə (s) baxan insanın sevgi ilə baxması lazımdır. Elə baxmır. Qudurmuş heyvan kimi baxır. Allah ayədə deyir; “gözlərin xain baxışlarını bilər”.

Allah deyir ayədə; “əgər istəsəm, sən onları simalarından tanıyarsan, bədbin danışıqlarından da anlayarsan” Simalarında da bədbinlik olur. Münafiqlərin mənfi enerjiləri və sevimsiz görünüşləri olur. Yəni üzündə nur, gözəllik olmaz. Müsəlmanları əsəbləşdirər, narahat edər. Məsələn, münafiqlərin danışıqları da çox hiyləgər olar, buna diqqət etmək lazımdır.

“Öz başlarına qaldıqlarında isə, sizə olan kin və qəzəblərinə görə barmaq uclarını dişləyərlər. De ki: “Kin və qəzəbinizlə ölün.” Yəni ağlasığmaz qəzəbə, nifrətə sahib olurlar. Münafiqlərdə həmişə cinayətə meyllilik vardır. Dillərini də pisliklə sizə uzadarlar. Bunu edərkən Quran ilə və hədis ilə hərəkət edirlər. Münafiqin xüsusiyyəti, din və Allah adına ortaya çıxmasıdır. Münafiq daha təqvalı olduğu iddiası ilə ortaya çıxar. İslamı daha mükəmməl yaşama iddiası ilə ortaya çıxar. Quranı və hədisi istifadə edirlər. Amma şeytani məqsəddən istifadə edib; bəzilərini maraqlarına uyğun gələn formada dəyişdirərək, dillərini əyib bükərək, haqq olanı batil kimi göstərməyə çalışırlar.

I “Onlar sizə pislik və zərər verməyə çalışır, sizə çətinlik yaradacaq şeydən xoşlanarlar” Məsələn, gedib xəbər yayar, yalandan şahidlik edər, oyun oynayar, müsəlmanların arasında fitnə salar. Yəni maddi, mənəvi hər cür zərəri verməyə çalışar. “Sizə çətinlik yaradacaq şeydən xoşlanarlar” Məsələn, müsəlmanların həbs olunması, həbsə atılması, əziyyət görmələri.

Buğz (və düşmənlikləri) ağızlarından xaricə vurmuşdur,” deyir Allah. Yəni adam özünü tuta bilmir. “Xaricə vurmuşdur, sinələrinin gizli tutduqları isə, daha böyükdür” deyir Allah. Yəni içindəki çox şiddətli bir kin. Amma kənardan təbii ki, nəzakətli üslubdan istifadə edir, münafiq buna çox diqqət yetirər. Həm din üslubuyla, dinlə Qurana uyğun kimi görünən, hədisə uyğun kimi danışması lazımdır, həm də özünə görə nəzakətli danışması lazımdır. Münafiq buna diqqət yetirər. Amma hərdən də azar, onun üçün ayədə deyir ki; “sinələrinin gizli tutduqları isə, daha böyükdür.” Amma “sizə çətinlik yaradacaq şeydən xoşlanarlar. Buğz (və düşmənlikləri) ağızlarından xaricə vurmuşdur,” artıq daşır. Daşdığı üçün idarə edə bilmirlər, xaricə vurmuşdur. “Sinələrinin gizli tutduqları isə, daha böyükdür” Yəni Allah çox qüvvətli kin və nifrət içindədirlər deyir. “Sizə ayələrimizi açıqladıq; bəlkə düşünəsiniz” deyir Allah. Yəni Allah deyir düşünün.