“Onlardan elə bir dəstə də vardır ki,”-münafiq dəstəsinə, bu xurafatçı dəstəsinə deyir- “oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər.” Uydurmaq üçün, Quranda varmış kimi göstərib, Quranı oxuyarkən dilini əyib bükərlər. “…Kitabdan hesab edəsiniz deyə…”-yəni Allahın hökmlərindən hesab edəsiniz deyə – “halbuki o, kitabdan deyil” əslində isə Allahın hökmü deyil, deyir Allah, “Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.” – deyir Allah, xurafat dəstəsinə.
Məsələn, Quranda hz. İsa (ə.s) ilə əlaqədar açıq bir hökm var, adam dilini əyir, tam fərqli şəklə salır. O Quranın hökmünə uyğun deyil. Amma sizi aldadarlar. Münafiqlər bunu bilərlər, amma Allaha qarşı yalan danışarlar, yəni Allah adından yalan danışarlar.
Yalan münafiqlərin mömin camaatı içində özlərini gizlətmək və saxtakarlıqlarını ört-basdır etmək üçün ən çox əl atdıqları yollardan biridir. Buna görə də münafiqlər möminlərə yalan danışmağı vərdiş halına gətiriblər. Bu yalanlarla möminləri inandırmaq üçün tez-tez and içirlər. Allah onların bu mövzudakı həqiqi niyyətlərini belə xəbər verir:
Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 16)
Quranda münafiqlərin yalandan and içdiklərinə dair başqa bir ayədə belə buyurulur:
Onlar bilə-bilə yalandan and içirlər. (Mücadilə surəsi, 14)
Digər tərəfdən, münafiqlər yalan danışarkən bunun ortaya çıxmayacağını və ya qarşılıqsız qalacağını düşünməklə çox yanılırlar. “Çünki Allah onların yalan danışdığını bilir (Tövbə surəsi, 42) və buna görə də onlar üçün böyük əzab var (Bəqərə surəsi, 10).

