Münafiqlərin və islam əleyhdarlarının mövlana marağı

İslam dininə açıqca qarşı çıxan bəzi insanların Mövlananın bəzi fikirlərinə böyük maraq və

İslam dininə açıqca qarşı çıxan bəzi insanların Mövlananın bəzi fikirlərinə böyük maraq və açıq simpatiya göstərmələri çox diqqətçəkəndir. Allaha, Sevgili Peyğəmbərimizə və dinimizə mənfi münasibət göstərən, hətta “hər cür dini düşüncəyə qarşı olduqlarını” açıqca deyən bəzi şəxslərin, “Mövlananın fikirləri və əsərləri haqqında tam əks yanaşma tərzi göstərmələri” çox maraqlı məqamdır.

İslama qarşı olan bu insanlarla yanaşı, “özlərini müsəlman kimi tanıdan, lakin dinə qarşı soyuq olmalarıyla diqqətçəkən münafiq xarakterli insanların da, eyni şəkildə Mövlananın fikirlərinə müsbət yanaşmaları” diqqətçəkəndir.

Bu vəziyyətin səbəblərini anlamaq üçünsə, əvvəlcə Mövlananın əsərlərinin və fikirlərinin daha yaxından araşdırılmaq lazımdır.

“Məsnəvi”də Qurana uyğun olmayan bir çox izahat var. Bu izahatlarda, Quranda açıqca “haram” olduğu bildirilən bəzi hərəkətlərin, “İslama görə guya qanuni olduğu” irəli sürülür. Çox açıq və qeyri-münasib üslublarla, “homoseksuallıq və uşaqlara təcavüz edilməsinə aid hekayələrdən bəhs edilir”, “qadınlar alçaldılaraq cinsiyyət ayrı-seçkiliyi edilir”, “şərabın halal olduğu müdafiə edilir”, “Məsnəvinin müqəddəs kitab olduğu irəli sürülür”, “həyatın təkamüllə meydana gəldiyi bildirilir”, “Mövlananın peyğəmbər olduğu eyham edilir”. Halbuki bunlar, İslama və Quran hökmlərinə tamamilə zidd fikirlərdir.

Məhz İslam əleyhdarlarının və müsəlman görünüşü altında İslamı hədəf alan insanların Mövlana marağının səbəbini tam da bu məqamda axtarmaq lazımdır.

“Məsnəvi”dəki İslama zidd olan fikirlər, Qurana və İslam əxlaq anlayışına uyğun olmayan izahatların yayılması həm dini, həm də ictimai baxımdan böyük təhlükədir. İslam haqqında kifayət qədər məlumata sahib olmayan bəzi müsəlmanların, qarşılaşdıqları bu vəziyyətə görə “fikirləri qarışa” bilər və şüursuzca Quranın qanunlarından və inanclarından uzaqlaşa bilərlər.

Üstəlik, bu vəziyyət, İslamı öz şirk inancları ilə təhrif etmək istəyən münafiqlər üçün çox əlverişli zəmin yaratmışdır. Mövlana Cəlaləddin Ruminin əsərlərinə bu izahatlar, özlərini müsəlmanmış kimi göstərərək İslama zərər verməyə çalışan münafiqlər üçün mühüm “hərəkət sahəsi və kamuflyaj” təmin edir. Tarixin hər dövründə Allaha şirk qoşan ideologiyaları müdafiə edərək İslamı pozmağa çalışan bəzi münafiq xarakterli insanlar, əsrimizdə də bu məqsədlə “Məsnəvi”dəki Qurana zidd olan izahatlardan istifadə edirlər.

“Müsəlman adı daşıyan”, lakin “özlərini müsəlman kimi görməyən” bu insanlar Mövlananın əsərlərini və fikirlərini mənbə göstərərək “guya din naminə” İslam əxlaqına zidd inanclar və düşüncələri müdafiə edirlər.

Quran əxlaqı ilə əlaqəsi olmayan düşüncələr və davranışların müsəlmanların inanc sisteminə daxil edilməyə çalışılması çox ciddi “təhlükə”dir. Buna görə də, “İslama qətiyyən uyğun olmayan bir fəlsəfənin saxtakarlığının ortaya çıxarılması” olduqca əhəmiyyətlidir. “Məsnəvi”də bir beyt:

Ondan sonra GƏRDƏK GECƏSİ BİR GƏNCİ QADIN KİMİ XINALADILAR. Əlinə, biləyinə gəlin kimi xına yaxdılar, köləyə toyuq göstərdilər, xoruz verdilər. BAŞINI BAĞLADILAR, O QÜVVƏTLİ GƏNCƏ GÖZƏL GƏLİN PALTARI GEYİNDİRDİLƏR. Tək qaldıqları vaxt gənc dərhal şamı söndürdü. HİNDLİ KÖLƏ ELƏ GÜCLÜ-QÜVVƏTLİ GƏNCLƏ TƏK QALDI. Hindli fəryad qoparırdı, amma çöldəki dəf gurultusundan heç kim səsini eşitmirdi. Dəfin çalınması, alqış səsləri, kişi və qadınların nərələri kölənin fəryadını boğurdu. GƏNC SƏHƏRƏ QƏDƏR O HİNDLİ KÖLƏCİYƏZİ PƏRİŞAN ETDİ. YAZIQ KÖLƏ İTİN ÖNÜNDƏKİ UN TORBASINA DÖNDÜ. Səhəri gün tas və böyük boğça gətirdilər. Fərəc bəy kimi hamama getdi. (Məsnəvi, 6-cı cild, 305-ci beyt)

Mövlananın Qurana zidd sözləri barədə Youtube kanalımda videoları izləyə bilərsiniz.