Əhzab surəsi, 19-ci ayə, “Sizə qarşı “xəsis və eqoistdirlər.” Xəsis, yəni pul versə belə ondan əzab çəkər, o heç cür onu unuda bilməz. Bir əzab kimi hiss edər və verərkən də istəyərək verməz. “Və eqoistdirlər. Əgər qorxu gələcək olsa, ölümə görə üzərinə huşsuzluq çökmüş kəslər kimi gözləri dönərək sənə baxmaqda olduqlarını görərsən.” Allah münafiqlərin baxışlarında anormallıq olduğunu deyir. Bu, bir çox ayədə, burada da ifadə edilir. “Gözləri dönərək sənə baxmaqda oluqlarını görərsən.” Münafiqlər öküz kimi baxar, Allahın hikməti belədir. “Qorxu gedincə, xeyirə qarşı olduqca düşkünlük göstərərək sizi kəskin dilləriylə (tənqid edib incidərək) qarşılayarlar.” Münafiqin həmişə tənqid etmə, narahat edici danışığı vardır. Mənfəətə düşkündürlər.
“Məhz onlar iman etməmişlər”, iman etmədikləri üçün belə olurlar, Allah deyir. “Beləcə, Allah onların etdiklərini boşa çıxarmışdır. Bu Allaha görə çox asandır.” Bütün etdikləri boşa gedir. Münafiq bunu bilmir. Münafiqin tələsi pozulmuşdur, o həqiqətən bir şey edə biləcəyini zənn edir. Edə bilmədikdə öz bacarıqsızlığından olduğunu düşünər.
“Möminlər (düşmən) birliklərini gördüklərində”, yəni münafiqləri, oyun oynayan saxtakarları, ailələrdən, cahil insanları və ya onların vəsvəsə verdiyi insanları, yaxud aldadılıb yönləndirilən insanları, “gördükləri zaman isə (qorxuya qapılmadan) dedilər ki: “Bu, Allahın və elçisinin bizə vəd etdiyi şeydir.” Onsuz da Allah bizə belə bir hücum olacağını söyləmişdi, münafiqlərin və küfrün hücum edəcəyini bildirmişdi. “Allah və Elçisi doğru söyləmişdir.” “Çünki bundan savab qazanacağıq, gözəl bir şeydir” deyir, “bunda xeyir var.” “Və (bu,) yalnız onların imanlarını və təslimiyyətlərini artırdı.” Bir-birlərinə bağlılıqlarını artırır, imanlarını artırır. Müsəlmanın buna ehtiyacı var, mənəvi qidadır. Yəni münafiqin mütləq hücum etməsi lazımdır. Quranda Allah bunu əhəmiyyətli ehtiyac olaraq və müsəlmanlara şəfa olaraq ifadə edir. Müsəlmanlara hücum olanda müsəlmanın güc, qüvvə gəlir. Sağlamlığı yerinə gəlir, şövqü yerinə gəlir, sevinci yerinə gəlir. Münafiqin hücumu ilə bərəkət, bolluq və gözəllik meydana gələr.

