Şeytandan hz. Adəmə səcdə etməsi istənildiyi zaman, bəşəriyyətə qarşı böyük qəzəbə qapılmış və cənnətdən qovulub lənətlənməsiylə birlikdə bu qəzəbini böyük düşmənçiliyə döndərmişdir. Həmçinin qiyamətə qədər bu düşmənçiliyinin tələbini yerinə yetirəcəyinə dair and içmişdir.
Şeytanın hiyləgər dilini işlətməklə yaşayan insanlarda da şeytanınkına bənzər, lakin gizli qəzəb görünər. İnkar edənlər bu qəzəblərini inanclarıyla, həyat tərzləriylə, göstərdikləri cahil əxlaqla açıqca göstərərlər. Lakin iman etdiklərini dedikləri halda qəlbində gizli xəstəlik olan insanların vəziyyəti daha fərqlidir. Onlar bu qəzəbin haqsız qəzəb olacağını bilirlər. Çünki Quran ayələrindən, Allahın uca ədalətindən, sonsuz mərhəmətindən, insanlar üzərindəki qoruyuculuğundan xəbərdardırlar. Lakin eyni zamanda da şeytanın təsiri altındakı nəfsləri onları belə qəzəbə doğru fasiləsiz təhrik edir.
Bəziləri bu qəzəbi bilərək və istəyərək davam etdirdikləri kimi, bəziləri də zamanla bu qəzəbi boğacaqlarına inanar və bunu daxilən gizlədərlər. Lakin içlərində gizlətdikləri bu qəzəb (Allaha sığınmadıqları müddətcə) artıq kinə dönər. Belə ki, onları, hər işlərində, hər düşüncələrində, hər qərarlarında yönləndirməyə və şeytanın istədiyi əxlaqa daha da yaxınlaşdırmağa başlayar. Bu qəzəbi əsas yönəltdikləri insanlar isə əslində ən güvəndikləri, ən sevdikləri və ən yaxın dostları olması gərəkən iman sahibləri olar.
Allah qorxularına görə olduqca gözəl əxlaq göstərən, həmişə haqqı və yaxşılığı ayaqda saxlamağa çalışan, sevginin, hörmətin dostluğun ən gözəlini təqdim edən bu insanlara qarşı belə qəzəb duymaları üçün heç bir keçərli səbəbləri yoxdur. Şeytanın təsirindən az da olsa xilas olduqları zaman, bu həqiqəti görür və etdiklərini qınayırlar. Lakin vicdanlarının bu xatırlatmasını nəfslərinin və şeytanın təlqinləri ilə dərhal susdurduqları üçün, bu cür ziddiyyətli rəftarı bilə-bilə davam etdirirlər.
O qədər üstün xüsusiyyətlərinə baxmayaraq, iman edənlərə qarşı qəzəb duya biləcəkləri səbəbləri onlara göstərən isə yenə şeytan olar. Bu səbəblərə qısa nəzər saldıqda, bütün bunların ortaq məxrəcinin möminlərin onları xeyirə çağırdıqları mövzular olduğu görünər. Şeytanın təsiri altındakı insanların gizli qəzəblərinin əsas səbəblərindən bəzilərini qısaca belə sadalaya bilərik:
İman edənlərin, bu insanların xəstə xarakterlərini Quran vəsiləsi ilə digər insanlardan olduqca yaxşı görüb analiz etmələri. Möminlər, gördükləri hər işdə, göstərdikləri hər rəftar və söylədikləri hər sözdə bu insanların gizlətdikləri həqiqi xarakterlərini bir az daha ortaya çıxardarlar. Bu vəziyyətdə bu insanlar qəzəblərini daha çox gizlətmək və bunun üçün də içlərinə qapanmaq məcburiyyətində qalarlar. Bu da pis əxlaqın üstünü açan möminlərə qarşı qəzəb duymalarına səbəb olur.
Nəfslərindəki, hər şeydə haqlı çıxma istəyinin çox güclü olmasına baxmayaraq, Allahın köməyi ilə həmişə möminlərin sözlərinin və iddialarının təsdiqlənməsi. Buna görə də, nəfslərinin bu Quran əxlaqına zidd istəklərinə heç vaxt nail ola bilməmələri. Öz batil düşüncələrinin və şeytani məntiqlərinin darmadağın olub təsirsiz və keçərsiz hala gətirilməsi.
Layiq olduqlarına inandıqları rəğbət qazmağı heç cür toplaya bilməmələri. Allahın bu neməti təkcə Özünə səmimi iman edənlərə lütf etdiyini görüb, Quranda bildirildiyi kimi; “əsla nail ola bilməyəcəkləri böyüklük istəyinə” (Mümin surəsi, 56) qapıldıqlarını anlamaları. Bir tərəfdən bu istəkləri üçün mübarizə aparıb, digər tərəfdən də bunu heç vaxt əldə edə bilməyəcəklərini daxilən bilmələrindən qaynaqlanan böyük qəzəb duymaları.
Özlərindən daha aşağı hesab etdikləri insanların, gözəl əxlaqı və səmimiyyətinə görə rəğbət qazanıb ön plana çıxmaları. Özlərinin isə həmişə bu insanların kölgəsi altında, geri planda qalmaları.
Özlərini çox bəyəndikləri üçün, hər mövzuda söz sahibi olmaq istədikləri halda, özlərindən daha aşağı hesab etdikləri (lakin əsil üstünlük sahibi olan) insanların sözlərinə tabe olmaq; onların tövsiyələrini, öyüdlərini dinləmək nəfslərinə çox ağır gələr. Həmçinin öz çatışmazlıqlarını görə bilməmiş və bunlara çıxış yolu tapa bilməmiş olmaları və buna qarşı bu insanların özlərinə yol göstərməsi də qəlbində gizli qəzəbin yaranmasına səbəb olar.

