Münafiqlərin istifadə etdiyi üsullardan biri də, Allahı, dini inkar edən insanlar, yaxud, homoseksualın yazdığı bir kitab və yaxud, bir dinsizin yazdığı kitabları alıb, o kitabı oxuyarkən şəkil çəkdirməksir. Bu insanların diqqətini bəzən çəkmir, yəni kitabın kimə aid olduğu deyil, guya öz şəkilini göstərmək üçün edir. Halbuki diqqətlə baxdıqda isə, bir dinsizin, din əleyhinə olanın, din düşməninin və yaxud, bir İngilis dərin dövləti agentinin və yaxud, bir darvinistin, materialistin və yaxud, İslamın əleyhinə olan birinin kitabı olduğunu görürük. Məsələn, bu da bir metoddur.
Və yaxud məhz din əleyhinə olan bir adamın, İslama qarşı olan bir adamın düzəltdiyi bir heykəldir. Məsələn, heykəlin adını yazıb “möhtəşəm bir əsərdir” -deyir. İnsanlar da, maraqlanır, “kimdir bu görəsən” -deyir, müəllifin saytına girəndə dinsiz bir dünya ilə qarşılaşır. Bu da, öz fikirlərinə görə, büruzə vermədən, din əleyhinə apardıqları təbliğatın bir üsuludur. Buna da, çox diqqət yetirmək lazımdır. Əlində kitabın şəkilini çəkir, zənn edirsən ki, adam yalnız evini göstərmək, özünü göstərmək məqsədi ilə edir bunu, kitabı da aksesuar kimi istifadə etdiyini fikirləşirsən, yəni ilk baxan belə zənn edir. Halbuki, onun məqsədi, yalnız o kitabı tanıtmaq olur. Yazıçıya “eyni ağılda və eyni məntiqdəyik, mən də, sən də, eyni şeyi fikirləşirik” demək istəyir, yəni bu məntiqi vermək istəyir.
Amma diqqətlə baxanda, insanlar kitabı maraqlanıb gedib onu araşdırır. Hiyləgər bir metoddur. Şüuraltı mesaj vermək üçün istifadə edilən gizli hiyləgər üsullardan biridir. Məsələn heykəli paylaşan adam bunun nə qədər incəlikləri olduğunu deyir, halbuki bu, homoseksuallığı vurğulayan bir heykəldir. Bilməyən də, o heykəli götürüb, məsələn, müsəlman adam çox gözəl heykəldir deyə paylaşır, fərqinə varmadan homoseksual təbliğatı aparmış olur. Yaxud, fərqinə varmadan ateist təbliğatı aparmış olur. Buna çox diqqət yetirmək lazımdır, yəni münafiqlərin metodları çox hiyləgərdir.
Münafiq birini tərifləyirsə, bilin ki, yaltaqlanır. Verdikləri hər ad, hər danışığı, hər sənət əsəri və yaxud heykəl və s., hər nə olursa-olsun şübhə ilə baxıb çox diqqətli qiymətləndirmək lazımdır. Çünki münafiqlər üçün, şüuraltı mesaj çox əhəmiyyətli bir üsuldur. Bütün dünyada bunu edirlər. Məsələn, İngilis dərin dövlətinin agentlərinə baxdıqda, müsəlmanlıq adı altında ortaya çıxırlar, biz Rumiyik deyirlər, amma çox vaxt, eyni zamanda Buddizm təbliğatı aparırlar. Diqqət edin, Rumi və Buddist, bunun nə əlaqəsi var? Zahirən baxsanız müsəlmanam deyir, həm də Sufi, Mövləvi, yəni artıq təfərrüatına girmiş. Həm də artıq guya müsəlman olub, təsəvvüfə yönəlib, yəni qatı müsəlman olub. Halbuki Rumiliklə İslamı, kökdən rədd etmişdir, Buddistliyi də inandığından deyil, sırf baş qarışdırmaq üçün edir.

