Şeytanın təsiri altındakı insanlar ətrafında olanların diqqətini çəkə bilmək üçün, özlərini “əsrarəngiz insanlar” kimi tanıtmağa çalışarlar. Bunun üçün də, səssiz və passiv xarakterə bürünərlər. Özlərini olduqlarından daha fərqli göstərməyə çalışarlar. Bunun onlara necə mənfəət təmin edəcəyi isə naməlumdur. Çünki heç bir insan, özünü ətrafına pis insan kimi tanıtmaq istəməz.
Bir çox yaxşı xüsusiyyəti olduğu halda, mənfi cəhətlərini ön plana çıxardıb vurğulamağı istəməz. Əksinə, həmişə olduğundan daha ağıllı, daha gözəl xasiyyətli, daha şəxsiyyətli, daha etibarlı biri kimi tanıtmaq istəyər. Bir insanın belə səy göstərməsi, şübhəsiz ki, təkcə şeytanın bu insanın doğru yollarının üstündə oturması və onu doğru yoldan azdırmağa çalışmasıyla gerçəkləşər.
Şeytanın bu hiyləgər üsulu da, Quran əxlaqına qətiyyən uyğun gəlmir. Əvvəla imanı qavrayan bir insan heç vaxt özünü bilə-bilə əsrarəngiz insan kimi tanıtmaz. Tam əksinə, nə qədər açıq, dəqiq, səmimi şəxsiyyətə sahib olduğunu, dürüstlüyün və etibarlılığı əlindən gələnin ən çoxunu edərək bəlli etməyə çalışar.
Əsrarəngiz davranışlar göstərib, özünü olduğundan fərqli göstərməyin, əsrarəngiz danışmağın münafiq xarakterli insanların xüsusiyyəti olduğunu bilər. Quranın bir çox ayəsində peyğəmbərlərin göndərildikləri cəmiyyətə özlərini tanıdarkən əvvəlcə etibarlı insanlar olduqlarını vurğuladıqlarına diqqət çəkilmişdir. Ayələrdə hz. Nuhun özünü qövmünə belə tanıtdığı bildirilir:
Bir zaman qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? Həqiqət budur ki, mən sizə göndərilmiş etibarlı bir peyğəmbərəm. Artıq Allahdan qorxun və mənə itaət edin. (Şuəra surəsi, 106-108)
Saleh möminlər özlərinə peyğəmbərlərin bu əxlaqını nümunə götürərlər. Şeytana tabe olan insanlar isə bütün bu həqiqətləri çox yaxşı bildikləri halda, ağılsız olduqları və vicdanın zəifliyinə görə, israrla şeytanın üsuluna sarılarlar. Heç cür başa düşülə bilməyən və dolayısilə, nə düşündüyünün və nə hiss etdiyinin aydın ola bilməsi üçün, həmişə özlərini mühüm mövqeyə gətirəcəyinə inanarlar.
Buna görə də, həmişə özlərini sirlərlə dolu, anlaşıla bilməz, nəyi nə üçün etdiyi bilinməyən insan kimi tanıdarlar. Lakin bu da onları rahat etməz.
Özlərini əsrarəngiz göstərməklə nəyi əldə etmək istədiklərini özləri də tam olaraq bilmirlər. Təkcə diqqəti cəlb etmək istədiklərini bilirlər; bunun nəticəsində ətrafındakı insanların sevgisini yoxsa nifrətini qazanacaqlarını heç düşünməzlər. Şeytan mövzunun bu əhəmiyyətli hissəsini onlara unutdurar. Bunu şeytani davranışların çıxılmaz yol olduğunu anladıqları zaman düşünməyə başlayacaqlar.
Nə istədiklərinin aydın olması üçün özlərinə çoxlu sual verilsə də, bunların heç biri onların necə insan olduğunu tapmağa kifayət etməz. Xüsusilə həmişə üstüörtülü cavablar verərlər ki, nə demək istədiklərinin başa düşülməsi üçün onlara yenə suallar verilsin. Bu yolla ətrafındakı insanların əsas gündəm mövzusunu meydana gətirə biləcəklərini düşünərlər. Bu, onlara görə, qarşı tərəfin onlara çox dəyər verdiyinin və onları qazanmaq üçün hər cür çətinliyə dözəcəyinin bir işarəsi kimidir.
O zaman bu vəziyyətə şahid olan digər insanların da dəyər verəcəklərini, onların gözlərində daha üstün yerə yerləşirib; “bu insanlar həqiqətən əhəmiyyətlidir” deyə düşünəcəklərini zənn edərlər. Bir davranış pozuntusundan belə bir nəticəyə gəlmək isə, təkcə, üstünlük ölçüsünün təqva və Allaha yaxınlıqla olacağını düşünməyən, Quran əxlaqı ilə hərəkət etməyən insanlar üçün keçərli ola bilər. İman sahibləri bu hərəkətin Qurana uyğun olmadığını bilər.
Buna görə də, müsəlmanlar dürüst şəxsiyyətə sahib insanlardır; nəyi niyə etdikləri də çox aydındır. Heç bir hərəkətləri pis düşüncə daşımaz, şübhə doğurmaz. Quran əxlaqı ilə hərəkət etdikləri üçün, bir şey etdikləri və ya söylədikləri zaman bu, Allahın icazəsi ilə ətrafdakı insanlar üzərində mütləq müsbət təsir yaradar. “Niyə belə dedi?”, “işarə verməyə çalışdı?”, “nə demək istədi?” kimi şübhələr meydana gəlməz.
Quranın; “lakin Allah sizə imanı sevdirdi, onu qəlblərinizdə bəzəyib cəlbedici etdi və sizə inkarı, günahı və asiliyi çirkin göstərdi. Məhz onlar doğru yola tapanlardır!” (Hucurat surəsi, 7) ayəsi ilə bildirildiyi kimi, Allah iman edənləri hidayətə yönəltmiş, şeytanın əxlaqını onlara çirkin göstərmişdir.
Lakin şeytanın hiyləgər təlqinləri ilə hərəkət etdikləri üçün, Quran əxlaqından uzaqlaşan insanlar əsrarəngiz olmağı daha cəlbedici və diqqətçəkən görərlər. Özlərini digər insanlardan fərqli göstərmə arzusu daha üstün gəldiyindən, şübhəli, narahatedici, nə düşündüyü bilinməyən və planları, sirləri açıla bilinməyən insan görünüşünə bürünərlər.
Halbuki müsəlmanlar gözəl əxlaqı bütün yer üzündə hakim etmək kimi, çox mühüm məsuliyyəti boynuna götürmüş insanlardır. Lakin özlərini çox böyüdüb əhəmiyyətli hesab edən bu insanlar, hər şeyin bir kənara qoyularaq təkcə onlarla maraqlanılmasını gözləyərlər. Özlərinə həddindən artıq dəyər verər, digər insanların da bu şəkildə dəyər verməsini gözləyərlər.

