Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, – deyə Allaha söz verdilər. Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər. (Tövbə surəsi, 75-76)
Münafiqin doymaq bilməyən dünya ehtirası olar. Yəni nəyə yaradığı da müəyyən olmaz, həmişə münafiqlər yığmaq istəyər. Xərcləmək istəməz, Allahın hikmətidir, Allah onlara elə qəribə bir xəstəlik vermişdir. Cinayət törətməsinin də əsas səbəblərindən biri də odur. Getdiyi yerdə daha çox qazanc qazanacağını düşünərək gedər. Məsələn, Peyğəmbərimizin (s) yanında rahatlayır, maddi vəziyyəti yerində, amma indi daha çoxunu istədiyi üçün, mallara və oğullara qovuşma ehtirası olduğu üçün Peyğəmbərin (s) yanında da dayana bilmir. Münafiqin başı həmişə çöldə qalar. Həmişə daha çox istəyər, gözü doymaz. Onun üçün münafiq həmişə yer dəyişdirər. Bir ora gedər, bir bura gedər; daima axtarar, bir şeylər axtarar, yəni mal əldə etmək istəyər, pul əldə etmək istəyər. Bu onu cinayət etməyə qədər də aparar. Məsələn, fərz edək dayısını sevir; qıraqdan baxan insan da, dayısına qarşı sevgisi var zənn edər. Halbuki, o, onun ölümünü gözləyir. Ölmürsə də, münafiq öldürməyə çalışar. Yəni təbii olaraq ölmürsə, öldürməyə çalışar. Münafiq bu cür psixopatdır. Şeytan ruhludur, çox təhlükəlidir. Məsələn, xəbərlərdə cinayət hadisələri görürük. Bunlar, həmişə şeytanın ələ keçirdiyi insanlardır. Yəni ağıl tarazlığını itirmiş, şeytana təslim olmuş məxluqlardır.

