Bəqərə surəsi, 8 “İnsanlardan elələri vardır ki: “Biz Allaha və axirət gününə iman etdik” deyərlər; halbuki, inanmış deyildirlər.” Sırf Allaha iman etdik demir, axirət gününə də iman etdik deyir. Bu nə deməkdir? Çox əhatəli olaraq özünü müsəlman göstərir. Yəni sünnəyə tam bağlanmış, əxlaq dərsi verən, bu doğrudur, bu yanlışdır deyən insanlar tərzindədirlər. “Halbuki, inanmış deyildirlər” deyir Allah. Dinsizdirlər, təməlində dinsizdirlər.
“(Dildə) Allahı və iman edənləri aldadarlar”. Allahı da aldatdığını zənn edir axmaq, iman edənləri də aldatdıqlarını zənn edirlər. Amma bəzi müsəlmanları da həqiqətən, inandıra bilərlər, bəzi kəsləri inandıra bilərlər, amma təbii ki, aldada bilməzlər. Çünki mütləq Allah yalanlarını ortaya çıxarır. “Halbuki onlar, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər.” Münafiqlərin özlərini razı salma xüsusiyyəti var, yəni özünə həqiqətən, inanır. Elə izah edir ki, elə axmaqlığı var ki, özü də özünə inanır. Özlərini aldadırlar, deyir. Bir insanın özünü aldatması çox çətindir. Münafiqin belə bir qabiliyyəti var, özünü aldatma qabiliyyəti var. Həm müsəlmanları aldatdığını zənn edir, həm də öz yalanına, öz saxtakarlığına özü də inanır. İnanmadığı halda özünü övliya kimi göstərir.
“Və şüurunda deyildirlər” deyir Allah. Deməli, şüurlarında pozuqluq var, münafiqlərin xəstə şüurları var. Onun üçün axmaq və manyak kimidirlər, münafiqi anlamaq mümkün deyil. “Qəlbində xəstəlik vardır,” Allah onlardakı ruh xəstəliyini izah edir. Qəlbindəki xəstəlik, ruh xəstəliyi, bilinməyən bir xəstəlikdir. Münafiqlərə xas bir xüsusiyyətdir, qəribə bir şeydir. Yəni bu, şizofreniya kimi yaxud, paranoyya kimi bir xəstəlik deyil, Allahın bildiyi bir xəstəlikdir. Bəzi ağıl xəstəlikləri vardır, bilinmirlər. Bu insanların tibbi üsullarla tapa bilməyəcəyi bir xəstəlikdir.
“Allah da xəstəliklərini artırmışdır.” Deməli, münafiqlik addım-addım getdikcə güclənən bir xəstəlikdir. Dozası artan bir xəstəlik olduğunu anlayırıq, sabit bir xəstəlik deyil. Məsələn, şizofrenlərdə sabitlik vardır, amma bunda münafiqin psixopatlığı və manyaklığı, anormallığı getdikcə artar.
I “Yalan danışdıqlarına görə”. Münafiq həmişə doğru görünən yalan danışar. Yəni yalan görünüşündə deyil, ilk baxan anlaya bilmir. Çünki Allah deyir ki,; “söylədiklərində dinləyərsən.” Görünüşləri də xoşuna gələr deyir. Malı, mülkü, görünüşü normaldır, yəni insanı çox təəccübləndirən bir görünüşü olmur.
“Yalan danışdıqlarına görə onlar üçün acı bir əzab vardır.” Münafiq şeytanı zəkaya sahib olduğu üçün möhtəşəm yalan danışma qabiliyyəti olur. Lakin “şüurunda deyildirlər” deyir, şüuru bağlı olduğu üçün əlaqələri qura bilməz. Məsələn, axmaqca söylədiyi söhbətin, digər bir söhbətlə zidd olduğunu fərq edə bilmir, yəni axmaqlığını oradan anlaya bilirsən. Məsələn, İslam Birliyini istəməz, amma İslamdan bəhs edər. Mehdiyyətə kin duyar, amma eyni zamanda da təqvadan bəhs edər. İsa (ə.s)-ın enməsini istəməz, amma İsa (ə.s)-ı müdafiə edirmiş kimi, başqa peyğəmbərləri müdafiə edirmiş kimi danışar.
Münafiqi müəyyən etmək üçün, ən həssas olduqları damar İslam Birliyidir, ondan çox qaçarlar, narahat olarlar. İkinci mehdiyyətdir. Münafiqi Mehdi (ə.s) sözü yandırar, qovurar, pərişan edər, yəni şeytanı ən narahat edən sözlərdən biridir, Allahın “Hadi” isminin təcəllisidir. Çünki dəccal Allahın “Hadi” isminə qarşı mübarizə aparar. Mehdi (ə.s) və Allahın “Hadi” ismi münafiqləri və dəccal tərəfdarlarını yandırar, qovurar. Onun üçün Mehdi (ə.s) sözünü heç eşitmək istəməzlər.

