Münafiqlər özlərini güclü hesab edirlər

O zaman şeytan onlara hərəkətlərini gözəl göstərmiş və onlara”, yəni etdikləri işləri gözəl

“O zaman şeytan onlara hərəkətlərini gözəl göstərmiş və onlara”, yəni etdikləri işləri gözəl göstərmiş, “bu gün sizi insanlardan azdıracaq kimsə yoxdur və mən də sizin köməkçinizəm” demişdi.” Münafiqlər bir araya gələndə özlərini çox güclü zənn edərlər. Sanki onlara hücum edilməz artıq, çünki müsəlmanlardan uzaqdadırlar, təhlükədən xilas olduqlarına inanırlar. Çünki təhlükənin mərkəzi olaraq müsəlmanları görərlər. Müsəlmanların açıq hədəf olduğuna inanarlar. Buna görə də münafiqlər qorunduqlarına inanarlar.

“Bu gün sizi insanlardan azdıracaq kimsə yoxdur.” Artıq küfrün və imansızların da dəstəklərini aldıqlarını düşündükləri üçün, məsələn, masonların, dərin dövlətlərin, qara klanın, kafir düşüncəni müdafiə edən bəzi mətbuat mənsublarının, bəzi fırıldaqçıların, hər cür saxtakarın və onların adamlarının dəstəyini aldıqlarını düşündükləri üçün özlərini güclü zənn edirlər. “Və mən də sizin köməkçinizəm demişdi”, onları önə atır şeytan. Həqiqətən, münafiqlərdə özünə güvən vardır. Mənəvi olaraq rahatlamış, özlərini təhlükəsizlikdə hiss edərlər. “Nə vaxt ki, iki birlik bir-birini gördü (qarşılaşdı) o, iki topuğu üstündə geri döndü və; “Şübhəsiz, mən sizdən uzağam”, birdən-birə şeytan onları ortada buraxır. “Çünkü mən sizin görmədiyinizi görürəm”, bu dəfə də yenə anormallıq edir. “Mən sizin görmədiyinizi görürəm”, o da münafiqləri tənqid edir. “Mən Allahdan da qorxuram”, münafiqlərdən fərqli olduğunu deyir.