Homoseksuallığın Qurana görə çox səhv və “azğın əməl” olduğu aydındır. Tarix boyu müsəlmanların bu mövzudakı davranışı həmişə çox açıq olmuşdur. Homoseksuallığın haram və eyni zamanda da “çirkin iyrənclik olduğu” bütün müsəlmanlar tərəfindən bilinir. Münafiqlərin bu məsələdəki rəftarı isə fərqlidir. Münafiqlər, Allahın bəyəndiyi əxlaqı çirkin, bəyənmədiyi əxlaqı isə gözəl hesab edərlər. Müsəlmanların həyat tərzini deyil, inkarçıların həyat tərzini bəyənərlər. İslam əxlaqını, batil və ya azğın fikir və davranışlarla təhrif edə bilmək üçün mübarizə apararlar. Güc və etibarı, haqq olanda deyil, zahirən o sırada kim daha güclü görünürsə onun yanında axtararlar.
Münafiqlər şərəfsiz insanlar olduqları üçün harada anormallıq, iyrənclik, batil, nifaq, fitnə, azğınlıq varsa onun içinə birbaşa girərlər. Allahın xoşuna gəlməyən, Allahın bəyənmədiyi nə varsa, bütün bu hərəkətlər, münafiqləri maqnit kimi cəzb edər. Səhv, azğın və qaranlıq hər cür insan və ya hərəkət, münafiqlərin həyat sahəsinin mühüm hissələridir. Buna görə də, mütləq bu cür batil insan və ya cəmiyyətlərlə əlaqə yaradar və qaranlıq işlərlə iç-içə olmağa çalışarlar. Məhz “homoseksuallıq” da bunlardan biridir. Münafiqlər “iyrənc pozğunluq” olduğunu bildikləri halda, “homoseksual insanlarla dost olmaqdan, onlara simpatiya bəsləməkdən, onların tərəfdarı olmaqdan” gizli zövq alarlar. Bu şeytani simpatiya, etdiklərinin, Allahın xoşuna gəlməyən, Qurana zidd hərəkət olduğunu bilmələrindən irəli gələr.
Çünki münafiqlər şeytanın gözəl göstərdiyi bütün pis əməllərin ardınca gedər və zamanla “şeytanın oyuncağı” halına düşərlər. Məhz şeytanın münafiqləri təhrik etdiyi məsələlərdən biri də, “homoseksual insanlara simpatiya bəsləmələri” və “onları dəstəkləyən rəftar göstərmələri”dir. Normalda bu insanların iyrənc və əxlaqsız hərəkətlərindən diksinib onlardan uzaq olmaları halda; münafiqlər onlarla dostluq əlaqələri qurub, bu vəziyyətdə olmaqdan şeytani zövq alarlar.
Münafiqlər zahir və dayaz insanlardır. Təkcə anlıq maraqlarını güdərlər. Küfr əhlinə isə, çox qibtə edərlər. Yaşadıqları cəmiyyətin qabaqcıl, tanınmış və populyar inkarçılarını gözlərində çox böyüdərlər. Xüsusən də öz hiyləgər axtarışlarına uyğun, “çirkli, qaranlıq və qeyri-qanuni işlər görən dərin dövlət mənsublarına, gizli təşkilat üzvlərinə və qeyri-qanuni kəşfiyyat xidmətlərinin istifadə etdiyi insanlara” qarşı heyrətamiz dərəcədə heyranlıq duyarlar. Allahın sonsuz gücünə deyil, məhz bu qaranlıq dünyada gizli işlər görən insanların gücünə güvənərlər. Öz zəif ağılları ilə dünyanı bu insanların idarə etdiyinə və qalib gələcək olanın da mütləq bu şeytani sistem olduğuna inanarlar.
Bununla yanaşı, münafiqlər küfr əhlinə bənzəməyin, öz aləmlərində onlara “müasir, uzaqgörən və ya azad şəxsiyyət qazandıracağını” zənn edərlər. Məhz indiki vaxtda, “guya müasirlik naminə” İslamda qətiyyən yeri olmayan azğın hərəkətləri müdafiə edən və beləliklə özlərini “dinə əhəmiyyət verməyən müsəlman”lar kimi tanıdaraq küfr əhli ilə güclü dostluq əlaqələri quran, “saxta müsəlman” modeli də var.
Küfr əhlinə qibtə edən bu saxta müsəlmanların azğın yanaşma tərzlərinin də töhfəsi ilə, indiki vaxtda homoseksuallıq, dünya səviyyəsində geniş kütlələr tərəfindən dəstəklənən və qanuni hesab edilən vəziyyətə gəlmişdir. Həmçinin bu vəziyyət, münafiqin tam da axtardığı kimi bir fürsətdir. Münafiq cinsi azğınlara, homoseksual və bunlar kimi hər cür azğın həyat tərzini dəstəkləyərək, bu azğın ideologiyaları qanuniləşdirməyə çalışar. Münafiqlərin belə alçaq hərəkətə göz yummalarının səbəbi isə, “bəzi münafiqlərin özlərinin də bu azğınlığa meylli olmaları”, “bəzilərinin də cəmiyyətdə guya “müasir”, “ziyalı”, “azad” bilinmək istəmələri”dir. Bəziləri də özlərini “dindar olmayan və küfr əhlinə simpatiya bəsləyən müsəlman” kimi tanıtmaq məqsədi ilə homoseksualları dəstəkləyərlər.
Münafiqlərin bu seçimlərinin altında yatan səbəb isə, “küfr əhlinə qarşı olduqca əzik, qibtə edən və kompleksli insanlar olmaları”dır. Allahın gücünə təvəkkül etmədikləri üçün, gücü, “o əsnada cəmiyyətdə məşhur olan fikirlərdə, insanlarda, ideologiyalarda” və “tendensiya kimi qəbul edilən mövzularda” axtararlar. Cəmiyyətdə önə çıxmış, məşhur olmuş, öz aləmlərində keyfiyyətli və ziyalı kimi gördükləri insanların gözlərinə girə bilmək üçün, onların dəstəklədiyi təbəqələrə və ya mövzulara münafiqlər də arxa çıxarlar.
Məhz bu azğın və şeytani düşüncə tərzinə görə, “homoseksuallığı normal qarşılamaq”, bəzi kəslər üçün, guya ziyalı olmaqla eynidir. Homoseksualları qorumağın, guya “sahib çıxılması lazım olan insan hüquqları” olduğunu müdafiə edərlər. Əslində bu, münafiqin kompleksli və əzik ruh halının əks olunmasıdır. Münafiqlər küfrdəki qabaqcıl şəxslər arasında yer tuta bilmək və onlar sayəsində bəzi maddi imkanlara nail ola bilmək üçün, “homoseksual pozğunlara qarşı da yaxşı görünməyə çalışırlar”.
“Dini daxilən təhrif etməyi və insanları İslam əxlaqından uzaqlaşdırmağı” qarşıya məqsəd qoyan münafiqlər, bu azğınlıqlardan istifadə edərək, İslam dinini poza bilməyi hədəfləyərlər. Çirkin yalanlarla, “bir müsəlmanın da homoseksuallığa müsbət baxa biləcəyi və bu insanların hüquqlarını müdafiə edə biləcəyi” imicini verərək, öz aləmlərində “İslama azğın şərh və anlayış gətirə bilməyi” ümid edərlər. Çünki əsil din, onların düşüncələrindəki şeytani, küfri və nəfsani sistemə tabe olmamaqdır. Buna görə də münafiqlər öz azğın şərhləri ilə həmişə dini öz düşüncələrinə uyğunlaşdırmağa çalışarlar. Bunun üçün də küfr əhlinin əxlaqsızlığından istifadə edərək bu azğınlıqları dinə daxil etməyə çalışarlar.
Bunun üçün “homoseksual evliliklərə”, “homoseksualların qeyri-qanuni cinsi əlaqəyə girərək, yenə özləri kimi homoseksual kəslər yetişdirmək üçün övlad sahibi olmaları” kimi iyrənc, azğın və təhlükəli hərəkətləri dəstəkləyərlər. Halbuki çox aydındır ki, bu iyrənc mühitdə, ciddi şəkildə “uşaq tacizi” olacaq və bu uşaqlar beləliklə böyük təhlükəyə atılacaq.
Sonra isə, (bir çox araşdırmanın da göstərdiyi kimi), homoseksual insanlara verilən bu uşaqlar, sonunda “psixoloji pozulmalar”, “narkotika asılılığı” kimi xəstəliklərə məruz qalacaqlar. “Cinsi hücuma və intihara meylli insanlar halına gəlmə” və “QİÇS kimi cinsi yolla keçən xəstəliklərə yaxalanma riskləri” də yaranacaq. Məsələn, hazırda ABŞ-da homoseksual cütlərlə birlikdə yaşayan 94.627 uşaq var. Valideynlərindən birinin övladlığa götürdüyü uşaqla homoseksual əlaqəyə girdiyi uşaq sayı isə 6-14 milyon arasında dəyişir. (http://www.lifelongadoptions.com/lgbt-adoption/lgbt-adoption-statistics) Məhz uşaqların məruz qaldığı bu qorxunc mənzərə belə, vəziyyətin ciddiyyətini anlamaq üçün kifayətdir.
İslam aləmindəki münafiqlərin də dəstəklədiyi bu hiyləgər oyunları görən müsəlmanların üzərindəki məsuliyyət isə çox böyükdür. İman gətirənlər, azğınlıq içindəki bu insanlara ağıllı üslubla, etdiklərinin “həyasızlıq və əxlaqsızlıq olduğunu” başa salmalı və onları haqqa çağırmalıdırlar. Bu iyrənc hərəkətin çirkinliyini qeyd edərək insanları öyrətməli və bu azğınlığın cəmiyyət içində yayılmasına mane olmalıdırlar. Əgər bu iyrənclik yaxşı izah edilsə və cəmiyyətlərin bu anormallığı anlamaları təmin edilə bilsə, cahil insanların bu azğınlığa meyl etmələri geniş miqyasda əngəllənmiş olacaq.
Dolayısilə homoseksuallığın qanuni göstərilməsinə, təşviq edilməsinə qarşı ciddi fikri mübarizə aparılması lazımdır. Müsəlmanların məsuliyyəti, cəmiyyətdəki bu cür bütün pozğunluq və azğın hərəkətlərin qarşısını almaq üçün, doğrunu izah edən təbliğ fəaliyyətləri yürütməlidirlər. Allahın qəzəbləndiyi və azğınlıq olduğunu bildirdiyi bir hərəkət, müsəlmanların təkcə uzaq dayanmaları lazım olan deyil, eyni zamanda da doğrusunu söyləməklə məsul olduqları vəziyyətdir. Lakin, əlbəttə ki, bəzi cahil kəslərin bu azğın insanlara fiziki cəhətdən zülm etmələri və zərər vermələri də, heç vaxt qəbul edilə bilməyəcək çox çirkin və yanlış yanaşma tərzidir.
Unutmamaq lazımdır ki, pis əməli görüb də bitərəf qalmaq, səssiz qalmaqda o işə dəstək vermək qədər insana günah yazar. Sevgili Peyğəmbərimiz bu mövzuda belə demişdir:
“Sizdən biriniz bir pislik gördüyü zaman onu əli ilə düzəltsin, buna gücü çatmazsa dili ilə düzəltsin, buna da gücü çatmazsa qəlbi ilə onu pis görsün. Bu imanın ən zəif mərtəbəsidir” – buyurmuşdur. (Müslim, İman, 49)

