Münafiqlər həmişə aldanırlar

Şeytan onlara vədlər verir, yaxşı iş adamı olarsınız, imkanınız olar, evlənərsiniz

(Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir. (Nisa surəsi, 120)

Şeytan onlara vədlər verir, yaxşı iş adamı olarsınız, imkanınız olar, evlənərsiniz, əylənərsiniz, hər şey olar deyir. “Onları ən mənasız xülyalara salacağam”, münafiqlər vəsvəsəli olar. Ağlasığmaz şeylərə ilişib qalırlar, çox şübhəci olarlar. Ümumiyyətlə, münafiqlər tək yaşayar, təkliyi seçərlər. Təklik onların bir xüsusiyyətidir, izdiham da olsa, həmişə təkliyi istəyərlər. Amma əsil şeyləri sürü halında yaşayarlar. “Halbuki şeytan, onlara aldanışdan başqa bir şey vəd etməz” deyir Allah. Həmişə aldanarlar münafiqlər, şeytan onları boş və yalan vəsvəsələrlə aldadar.

Qiyamətə qədər davam edəcək mübarizəsinin sonunda şeytan milyardlarla insanı özü ilə birlikdə cəhənnəm atəşinin içinə aparır. Ancaq bir qrup insanlar var ki, şeytan onlara qarşı əsla zəfər qazanmayacaq. Onlar ruh sahibi möminlərdir. Çünki ruh sahibləri Allahın yer üzündəki xəlifələridir və onun himayəsi altındadırlar. Şeytanın oyunlarının onlara heç bir təsiri olmur. Şeytan tərəfindən də etiraf edilən bu həqiqət Quranda belə bildirilir:

İblis dedi: “Ey Rəbbim! Məni azdırmağına and içirəm ki, mən də insanlara pis əməllərini yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız sənin sadiq bəndələrindən başqa.” (Hicr surəsi, 39-40)

Ayədən də aydın olduğu kimi, şeytanın gücü həqiqi möminləri azdırmağa çatmaz. Ancaq heç kim də özünü “cənnətlik “ hesab edə bilməz. Mömin bir kəs “Şübhəsiz, Rəbbinin əzabından arxayın olmaq olmaz” (Məaric surəsi, 28) ayəsinə görə imanını qorumaq üçün hər zaman “Allahın ipindən möhkəm yapışmaq” (Ali İmran surəsi, 103) məcburiyyətindədir. Şeytan insanların “düz yolunun üstündə oturacağı” (Əraf surəsi, 16), onların “ayaqlarını büdrətmək” (Ali İmran surəsi, 155) istəyəcəyi üçün, onun hiylə və oyunlarına qarşı mömin ayıq olmalıdır. Əks təqdirdə, bu tələlərə düşər və hətta bir müddət sonra dindən də çıxa bilər.