Münafiqlər böhtan atar

Quranın bir çox ayəsində müsəlmanların bir-birlərinə böyük sevgi və sədaqətlə bağlı olması

Quranın bir çox ayəsində müsəlmanların bir-birlərinə böyük sevgi və sədaqətlə bağlı olması, aralarında möhkəm dostluğun olduğundan bəhs edilir. Lakin, əgər bir insan möminlərlə, imanı və Allah qorxusuna görə deyil, özünə görə müəyyənləşdirdiyi mənfəətlərə görə dost olsa, bu əlaqənin adi və nəfsani səbəblərlə kəsilməsi də çox asan olar.

Şeytanın təsiri ilə hərəkət edən insanlar nəfsinə zidd düşən vəziyyət yarandıqda, iman edənlərlə olan bu əlaqələrini bir anda görməzlikdən gələ bilər, haqlı olduqlarını sübut edə bilmək üçün onlara asanlıqla böhtan belə ata bilərlər. Bu yolla çirkin cəsarət göstərib ortaya yalan söz atmaqla hannaslıq etmiş də olarlar. Halbuki Allah Quranda böhtanın böyük günah olduğunu bildirir, iman edənləri bu cür böhtanlara qulaq asmaqdan çəkindirir:

“O vəziyyətdə, siz onu (böhtanı) dillərinizlə ötürdünüz və haqqında məlumatınız olmayan şeyi ağızlarınızla söylədiniz və bunu asan hesab etdiniz; halbuki bu Allah dərgahında çox böyük (günah)dır. Bunu eşitdiyiniz zaman: “Bu mövzuda söz söyləmək bizə yaraşmaz. (Allahım) Sən ucasan! Bu, böyük böhtandır!” deməli deyildiniz? Əgər iman edənlərdənsinizsə, bunun kimi hərəkəti bir daha etməməyiniz üçün Allah sizə öyüd verir”. (Nur surəsi, 15-17)