Nisa surəsi 142 “Həqiqət budur ki, münafiqlər (guya)” özlərinə görə, “Allahı aldadırlar.” İşi gücü təqvalı müsəlman görünüşüdür münafiqin, Allah buna diqqət çəkir, “münafiqlər guya Allahı aldadırlar.” İndi guya aldatması elə yüngül bir şey deyil. Təkkəsi, təsbehi, saqqalı, üslubu, danışığı və s, yəni ona baxan elə bilər dindardır. Münafiqin ən diqqət yetirdiyi mövzu budur, görünüşə çox diqqət yetirər, onu diqqət mərkəzində saxlayar. “Halbuki O, onları aldadandır.” Allah onları aldadır, deyir. Onlar Allahı aldatmazlar, Allah onları aldadar. Çünki axmaqdır, dinsizdirsə, dinsiz yaşaması normaldır, özünü o acının içərisinə salır, Allah o acıyla bəlasını verir.
“Namaza qalxdıqları zaman, istəksizcə qalxarlar.” Münafiq tək olduğunda namaz qılmaz. Əgər evdə heç kim yoxdursa, yəni kimsənin görməyəcəyindən əmindirsə, namaz qılmaz. Amma biri varsa, çox təqvalı görünər. Onun üçün Allah ona diqqət çəkmişdir, “namaz qıldıqları zaman istəksizcə qalxarlar.” Məsələn, səhər namaza qaldırmaq istəsən, münafiq içindən səni söyər, nifrətlə qalxar. İçindəki iztirabı Allah ifadə edir, çox nifrət olar.
“İnsanlara nümayiş etdirərlər,” bu ən mühüm cəhətlərindən biridir. Cibində təkkəsi, əlində təsbehi, dualar, şifahi olaraq da məsələn, həmişə nəsihətlər edər: Namussuza diqqət yetirin, namazlarınızı qılın, ədəbə, üsluba diqqət yetirin. Tək söyləmədiyi bilirsiniz nədir? İslam Birliyi və mehdiyyət. Münafiqi burdan anlaya bilərsiniz, yoxsa ibadət cəhətində anlaya bilməzsiniz. O, hətta namazların daha da çox qılınmasını müdafiə edər, beş vaxt azdır deyər. Gecə-gündüz namaz qılar. Məsələn, səhərə qədər namaz qılıram, təsbeh çəkirəm, Quran oxuyuram, deyər. Amma İslam Birliyini istəməz, çünki İslam Birliyi onun ölümü deməkdir. Mehdi (ə.s) onun sonunu gətirəcək, Onun saxta dinini yıxacaq gücdür. “İnsanlara göstərişlə edərlər,” münafiqin böyük göstəriş qabiliyyəti vardır, onun üçün münafiqlər təsirli olarlar. Daha təqvalı görünərlər.
I Mehdi (ə.s)-ın da tələbələrinin az olmasının səbəbi münafiqlərdir. Onsuz da taledə Allahın bir planıdır, çox olsa mehdiyyət vəzifəsini görə bilməz, az olması lazımdır. Az olması üçün Allah münafiqlərə vəzifə verir. Münafiqlər taledə Allahın ledün elmidir, o vəzifələrini etmiş olurlar. Məsələn, münafiqlər Mehdi (ə.s)-ın çox savab qazanmasına səbəb olurlar. Mənəvi mövqeyinin yüksəlməsinə səbəb olurlar.
“Allahı ancaq çox az xatırlayarlar” çox məcbur qalsa, nümayiş etməsi lazım olduğunda Allahı xatırlayar. Münafiqlər ondan başqa Allahı xatırlamazlar, yəni vəziyyətə görə. Yəni tamamilə dinsiz görünməmək üçün bunu edərlər. Müsəlmanların yanında çox xatırladıqlarını görürük, çünki “insanlara nümayiş edərlər” ayədə deyir. Əgər elə-belə adamlar varsa, onların yanında da az xatırlayırlar. Tək ikən də heç xatırlamırlar (Nisa surəsi 142). Çünki münafiqlər ümumiyyətlə, koloniya halında yaşayarlar. Digər münafiqlərlə iç-içə yaşayarlar, amma münafiqlərdən də nifrət edərlər. Münafiqlər bir araya gəldiyində, mütləq bir-birlərinə müsəlman olduqlarını vurğulamaq vəziyyətindədirlər. Münafiqlər bir-birindən şübhə edərlər, yəni bir-birlərinin alçaq olduğuna inanarlar. Yəni şiddətli nifrət olar, onun üçün hər ehtimala qarşı az da olsa Allahı xatırlayarlar. Lakin, içlərindən gəlməyərək, narahat olaraq da olsa xatırlayarlar. Yığıncaqlarını görə bilən olsa anlayar. Yəni bu dəqiq belədir.

