Münafiqin azğın ideologiyası

Münafiq, öz aləmində İslamı zəiflədə bilmək üçün dinə müxalif olan hər cür azğınlığı

Münafiq, öz aləmində İslamı zəiflədə bilmək üçün dinə müxalif olan hər cür azğınlığı dəstəkləyər. Münafiqlərin müsəlmanlarla birlikdə olduqları vaxt, mütləq “fitnə törətmək üçün səy göstərəcəklərini” Allah Quranda bildirmişdir (Tövbə surəsi, 47). Məhz münafiqin ən müvəffəqiyyətli olduğu sahə “fitnə”dir. Çünki münafiq, eynilə şeytan kimi, qaranlıq və psixopat ruhlu varlıqdır. Həmişə şeytanın nəzarəti altında olduğu üçün, harada fitnə varsa, ora qaçaraq gedər. Xeyirlə, gözəlliklə, müsəlmanların mənfəətinə istiqamətli işlərlə, İslama səmimi xidmət etməklə isə heç vaxt maraqlanmaz. Şeytani hisslərlə harada pis, xoşagəlməz və səhv işlər varsa, ora üz tutar. Mənfi hallar, anormallıqlar, azğın rəftar və düşüncələr, münafiqi maqnit kimi cəzb edər. Allahın bəyənmədiyi, müsəlmanların çəkindikləri hər nə varsa ona meyl edər. Bir müsəlmanın ağlına, xəyalına belə gəlməyəcək ağılsız, azğın düşüncə və davranışlar, münafiq üçün olduqca normaldır.

Müsəlmanlar Allahın müəyyənləşdirdiyi sərhədlər çərçivəsində yaşayan insanlardır. Quran əxlaqını yaşamaqda çox diqqətcildirlər. Qurana uyğun düşünər və Allahın bəyəndiyi şəkildə yaşayarlar. İnkarçılar isə, “sərhədləri olmayan”, “öz qaydalarını özləri müəyyənləşdirən”, “Quranla bildirilən əxlaq anlayışını tanımayan” insanlardır. Lakin onlar, insanlardan gizlətmədən, nə düşündüklərini, hadisələrə necə baxdıqlarını və necə yaşadıqlarını açıqca söyləyərlər.

Münafiqlərin inkarçılardan daha təhlükəli tərəfi isə, “özlərini müsəlman kimi göstərib həqiqəti gizlətmələri”dir. İkiüzlü və hiyləgər olmalarıdır. Xarici görünüşləri ilə müsəlmanlara bənzəmələrinə baxmayaraq, içlərində sanki başqa şeytani xarakter var.

“Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!” (Münafiqun surəsi, 4)

Xarici görünüşləri müsəlmanlara bənzəyən bu insanlar, təmtəraqlı danışmağı bacarsalar belə, ayənin ifadəsi ilə əslində “taxta kötük” kimi olan, dayanıqsız, gücsüz, şəxsiyyətsiz, şərəfsiz varlıqlardır. Allah bu ayə ilə onların “düşmən” olduqlarını açıqca vurğulamışdır. O zaman münafiqlər düşmənçiliklərini göstərə biləcəkləri hər fürsəti gözləyəcəklər. Müsəlmanlara hər cür düşmənçilik və pisliyi edə bilmək üçün hazırdırlar. Bunun üçün “anormallıqdan, azğınlıqdan və pozğunluqdan qaçmaz”; bu xüsusiyyətdəki “təhlükəli insanlarla əlaqə saxlamaqda da bir problem görməzlər”. Hətta bu cür təhlükəli, ürküdücü kəslərlə yaxın əlaqələr qurmaq, münafiqlərin ruhuna “küfri həyəcan” verər. Etdikləri xainliyə görə, “şeytani həzz” duyarlar.

Müsəlmanlar isə, anormal, pozğun ruhlu və azğın insanların qaranlıq dünyasından şiddətlə qaçarlar. Onlarla ünsiyyət saxlamaqdan, eyni havanı tənəffüs edib eyni mühitdə olmaqdan belə utandıqları halda; münafiqlər bunun əksini etməyi gizli müvəffəqiyyət kimi görərlər. Bu eyni zamanda da, onların özlərinə olan şeytani etimadlarını artırar. Xainliklərinin getdikcə artması, onların münafiqlikdəki dərəcələrini də artırarkən, bu vəziyyət onlara da böyük miqdarda özünəinam hissi verər.

Müsəlmanlar hər mövzunu mütləq Quran əxlaqı ilə qiymətləndirərlər. Digər “insanların nə düşündükləri”, “dövrün tələbləri”, “həyatın həqiqətləri”, “müasirlik”, “maariflənmə”, “islahat”, “dövrə ayaq uydurma” kimi məntiqlərə fikir verməzlər. Əgər Allah bir hərəkəti, rəftarı, hadisəni, insan və ya insanları sevmirsə, müsəlman da sevməz. Allah bir mövzunu necə dəyərləndirirsə, müsəlman da eyni baxış prizması ilə baxar.

Dolayısilə iman gətirən bir insan, “azğın bir rəftara qarşı guya tolerant, anlayışlı və mərhəmətli olmağın lazım olduğu” kimi yanlış məntiqlərin, şeytanın təlqinlərindən irəli gəldiyini bilər. Əlbəttə ki, müsəlmanlar, cəmiyyətdəki ən mərhəmətli, ən anlayışlı, ən tolerant insanlardır. Lakin doğru-yanlış meyarları həmişə Qurana görədir. Dolayısilə Qurana görə azğınlıq kimi xarakterizə edilmiş, Allahın qəzəbləndiyini bildirdiyi pozğun hərəkətləri mənimsəmiş insanlara, (mərhəmətli olmaq naminə) heç vaxt qəbul etməz və hörmətlə yanaşmazlar.

Lakin təbiidir ki, bu, o insanlara nə mənəvi, nə də fiziki mənada ediləcək bir zülmü xoş qarşılamaq mənasını verməz. Müsəlman hər cür səhvin, “fikirlə düzəldilməsinin” lazım olduğunu müdafiə edər. Nə təzyiq, nə də gücdən istifadə edərək heç kimə bir düşüncəni qəbul etdirməyə və ya bir azğınlıqdan imtina etdirməyə çalışması düzgün deyil. Lakin, əlbəttə ki, bu, “mərhəmət” adı altında o insanları dəstəkləməyi də tələb etmir.

Məhz buna görə də, bir müsəlman belə bir vəziyyətdə tutduğu tərəfi və fikirlərini açıqca bəlli edər. İnsanların böyük əksəriyyəti bir azğınlığı dəstəkləsə belə, iman gətirən insanlar Allahın müəyyən etdiyi meyarla hərəkət edər və hadisələrə mütləq Quran əxlaqının tələb etdiyi şəkildə yaxınlaşarlar.