Münafiqdə həmişə ölüm qorxusu vardır

Münafiqlər mənfəətləri ilə zidd olduğunda, onların imkanları əllərindən alındığında və yaxud

Münafiqlər mənfəətləri ilə zidd olduğunda, onların imkanları əllərindən alındığında və yaxud mənfəətləri əllərindən gedəcəyini düşündüklərində ilk olaraq Allah haqqında sui-zənnə başlayarlar. Yəni Peyğəmbərə (s) zidd olması, yaxud Mehdiyə (ə.s) zidd olması əslində birbaşa imansızlıqdan qaynaqlanır, sanki onların problemi Peyğəmbərlə, yaxud Mehdiyləymiş kimi görünməklə yanaşı əslində Allah ilədir. Quran buna işarə edir.

“Orada iman edənlər sınanmış və şiddətli bir sarsıntı ilə sarsıntıya məruz qalmışlardı.” Belə bir vəziyyətdə möminə heç bir şey olmaz. İmanını mühafizə edər. Hətta şövqü artar, cəhdi artar. “Münafiqlər və qəlbində xəstəlik olanlar” münafiqlər artıq xəstəlikdən keçmiş, şeytan olmuşlar. “Və qəlbində xəstəlik olanlar” da münafiq olmağa namizəddirlər, potensial münafiqlər.

“Münafiqlər və qəlbində xəstəlik olanlar Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi deyirdilər.” Peyğəmbərimiz (s) o zamanlar deyir; “hakimiyyət olacaq, İslam əxlaqı yayılacaq, Allahın dini dünyaya hakim olacaq, həm də Axırzamanda Mehdi (ə.s) çıxacaq, İsa (ə.s) enəcək” deyir. “Amma mənim zamanımda da rahatlıq, bolluq, hüzur olacaq” deyir. Münafiqlər nə deyir? “Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi.” Yəni “tamamilə səhvmiş” deyirlər. Yəni nə Mehdi (ə.s) doğrudur, nə İsa (ə.s)-ın enişi doğrudur, nə Axırzamanda müsəlmanların dünya hakimiyyəti doğrudur, nə öz zamanında rahatlıq və bolluq, qardaşlıq mühiti olmayacaq.

“Deməli, bunların heç biri doğru deyilmiş” deyir. O dövrün azğınları heç bir şəkildə inanmırlar. Əsas Peyğəmbərin (s) vəd etdiyinin üzərində dayanırlar. Yəni gələcəklə əlaqədar Peyğəmbərin (s) müsəlmanlara verdiyi müjdəni ortadan qaldırmağa çalışırlar. Axırzamanda da münafiqlər Mehdi (ə.s)-ın verdiyi müjdəni ortadan qaldırmağa çalışacaqlar. Mehdi (ə.s) da “İslam əxlaqı yaxında dünyaya hakim olacaq, sülh çağı gələcək, qardaşlıq olacaq, hüzur olacaq, gözəllik olacaq” deyəcək, münafiqlər də “bu da bir yalan, bunlar da doğru deyil. Allah və Elçisi bizə boş aldanışdan başqa bir şey vəd etmədi” deyəcəklər.