Münafiqdə ailə eqoistliyi vardır

İlk növbədə, həyatın bütün sahələrində münafiqlik hərəkətlərinə çox fikir vermək lazımdır

İlk növbədə, həyatın bütün sahələrində münafiqlik hərəkətlərinə çox fikir vermək lazımdır. Məsələn, münafiq evliliyi çox əhəmiyyətli silah kimi görər. Yəni evlilik münafiqliyin sanki qalası kimidir. Müsəlman üçün xoşbəxtlik qaynağıdır. Münafiq üçün isə bir qaladır. Münafiq İslam birliyini əsas almaz. Münafiq üçün yalnız öz ailəsi əsasdır. İslamda da, himayədarlıq əsasdır. Yəni bütün müsəlmanları qorumaq əsasdır. Bütün müsəlmanlar ailədir. İslam quruluşunda bütün müsəlmanlar bir ailədir. Yəni ata, oğul, qardaş, ana, bacı kimi bütöv ailədir. Münafiq üçün yalnız öz ailəsi əsasdır. Eqoist bir qurumdur.

Yəni, məsələn, faşizmdə milli eqoistlik olur. Yalnız öz irqini üstün tutar. Münafiqdə də, ailə eqoistliyi vardır. Yalnız öz ailəsini əsas tutar, çünki uşaqlarını da, arvadını da, malı kimi görər. Bir də, öz malları da vardır, onunla ərsəyə gətirdiyi sonsuz həyat məntiqi vardır. “Mən ölərəm amma malım uşaqlarıma qalar” deyər, özünün uşaqlarında yaşayacağını düşünər, buna görə, sonsuzluğa nail olduğunu düşünər. Hər şeyi öz ailəsi arasında edər. Məsələn, Tövbə surəsində Rəsulullah: “Bütün müsəlmanlara hücum var” deyir. Uşaqlarımıza, bacılarımıza. “Bəs mənim ailəm necə olacaq?” deyir münafiq. “Mən onlara qarşı döyüşə gedərəm, mübarizəyə gedərəm, amma mən ailəmi nə edəcəyəm?” -deyir. “Evim açıqda qaldı” -deyir. “Əsas evimdir” -deyir. Rəsulullah deyir: “Bütün evləri qurtaracağıq”. O isə: “Mən yalnız öz evimi qurtarmaq istəyirəm” -deyir. Ona görə, məsələn Rəsulullah deyir: “Gəl gedək bütün müsəlmanları qurtaraq, qoruma tələbi olaraq hamısına sahib çıxaq”. “Amma bu istidə mən çıxa bilmərəm” -deyir. Çünki o quruluş onu maraqlandırmır, öz quruluşu maraqlandırır.