Münafiq təhlükəsi

Münafiq təhlükəsi, İslam aləminin ən vacib və ən mühüm mövzularından biridir

Münafiq təhlükəsi, İslam aləminin ən vacib və ən mühüm mövzularından biridir. Çünki İslamın qarşısındakı ən hiyləgər qüvvə “münafiqlik”dir. Münafiqlik, əsrlərdən bəri “müsəlman aləmini hiyləgərcəsinə gəmirən”“məhv etməyə çalışan” şeytani bir sistemdir. Lakin müsəlmanların böyük əksəriyyəti bu böyük təhlükədən lazımınca xəbərdar deyil. Əksər insan İslam aləminin qarşısında dayanan əsil qüvvənin, “inkarçılar” olduğunu düşünür. Halbuki müsəlmanların ən böyük düşməni “münafiqlər”dir. Münafiqin, müsəlmanlara qarşı duyduğu kin, qəzəb, nifrət və həsəd, inkarçılardan daha şiddətlidir. Eynilə narkoman birinin narkotikdən olan asılılığı kimi; münafiqin də müsəlmanlara alçaqlıq, pislik, düşmənçilik etmək, böhtan atıb tələ qurmaq asılılığı var. Küfr əhli də İslamı və müsəlmanları sevməz; lakin onlardakı kin və nifrət münafiqlərdəki kimi şiddətli deyil.

Bu gün İslam aləminin bu vəziyyətə düşmüş olmasının əsas səbəbi də yenə münafiqlərdir. Suriyada, İraqda, Əfqanistanda, Fələstində, Sudanda, Misirdə, Liviyada, Yəməndə, Arakanda və daha bir çox yerdə yaşanan zülm və əzabların ən mühüm səbəblərindən biri, İslam aləmindəki münafiqlərdir. İslam aləmində “müsəlmanların əzilməsini, kütlələr halında qətlə yetirilməsini təşkil edən” alçaq dəstə həmişə münafiqlərdir. Dünyada hökm sürən dərin dövlətlərin və dinsiz ideologiyaların əldə etdikləri güc də, yenə həmişə münafiqlərdən aldıqları dəstək sayəsində güclənmişdir. Münafiqlərin dünya dərin dövlətləri ilə əməkdaşlıq edərək müsəlman cəmiyyətlər üzərində oynadıqları oyunlar, “İslam aləmində qanın su kimi axıdılmasına, minlərlə müsəlmanın şəhid edilməsinə” səbəb olmuşdur. Hələ də hər keçən gün oynanan bu oyunlara yenisi əlavə olunur və müsəlman cəmiyyətlər yeni əzabların içinə doğru sürüklənməyə çalışılır.

Dolayısilə bütün bu tələlərin puç edilə bilməsi üçün, İslam aləmində münafiqlik yolunun möhkəm şəkildə bağlanılması əsas şərtdir. Bunun üçün də əvvəlcə münafiqlik təhlükəsi çox yaxşı görünməli və sonra da dünya səviyyəsində bütün müsəlmanlar münafiqləri çox yaxşı müəyyənləşdirə biləcəkləri şəkildə məlumatlandırılmalıdırlar.

Bu çox yaxşı başa düşülməlidir ki; “münafiqlərin məğlub olması, İslamın qalib olması deməkdir”. Münafiqlər məğlub olmadan, İslam da qalib ola bilməz. Buna görə də, İslamın dünya hakimiyyətini həsrətlə gözləyən, gecə-gündüz bu məqsəd üçün səy göstərən bütün müsəlmanlar, əvvəlcə münafiqliyin elmi cəhətdən zərərsizləşdirilməli olduğunu unutmamalıdırlar. Əgər İslam aləmindəki münafiq fitnəsi həll olsa, müsəlman aləmində əsrlərdir ki, görünməmiş şəkildə böyük hüzur, bərəkət və fərəhlik yaşanacaq.

1400 ildən bəri bu məqsədlə münafiqlərlə bağlı müxtəlif əsərlər yazılmış; lakin münafiqin hiyləgər aləminin, alçaq xarakterinin, şeytani oyunlarının və namərd üsullarının üstünü açan; münafiq əxlaqsızlığını, gündəlik həyata dair bütün incəlikləriylə ortaya qoyan bir əsər hazırlanmamışdır. Müsəlmanların böyük əksəriyyəti bu mövzuya kifayət qədər əhəmiyyət verməmiş və münafiqin əxlaqsızlığını bütün İslam aləminə tanıtmağın nə qədər mühüm mövzu olduğunu görməyiblər. Halbuki əsrlərdən bəri, hər dövrdə müsəlman aləmindəki bütün fitnələri münafiqlər törətmiş və etdikləri hərəkətlərlə İslam aləminin parçalanmasına, müsəlmanların əzab çəkməsinə səbəb olmuşlar.

Müsəlmanların, Quranda tanıdılan, “tarixdəki tanınmış münafiqlər” qədər, əsrimizdəki münafiqlərin hansı hiyləgər üsullarla mübarizə apardıqlarını bilmələri də olduqca əhəmiyyətlidir. Münafiqliyin gizliliyinin aşkar hala gətirilməsi ilə, münafiqin şeytani sistemi də zərərsizləşdiriləcək. Beləliklə də, hazırda İslam aləmində təsirli mübarizə aparan münafiq sistemi tam mənasıyla çökəcək və münafiqliyin dünya səviyyəsindəki hakimiyyəti və təxribatı da aradan qalxacaqdır.

İslam aləmində oynamaq istədikləri bütün çirkli oyunları üçün münafiqlərdən istifadə edən dəccal sistemləri və dünyanın dərin dövlətləri də, müttəfiqlərinin zəifləməsiylə, müsəlmanlar qarşısında böyük məğlubiyyət yaşayacaqlar.

Dəccaliyyət, küfr əhli və münafiqlərin bu çirkin ittifaqı zərərsizləşdirildikdən sonra, hazırda bir-birlərindən qopmuş halda olan müsəlman aləmi birləşərək İslam Birliyini meydana gətirə biləcək və ardınca da İslam əxlaqını bütün dünyaya hakim edəcəklər.

Allah, “…şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir” (Nisa surəsi, 76) ayəsi ilə, şeytanın əslində nə qədər gücsüz olduğunu xatırlatmışdır. Digər bir ayədə isə Allah; “həqiqət budur ki, iman gətirənlər və Rəbbinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir məcburedici gücü (hakimiyyəti) yoxdur. Onun məcburedici gücü (hakimiyyəti) təkcə onu özünə vəli tutanlar və Onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir” (Nəhl surəsi, 99-100) deyə buyurmuşdur. Münafiq də, şeytanın insan surətinə bürünmüş halıdır. Dolayısilə münafiqin də, Allahın sonsuz gücü qarşısında çox gücsüz və aciz varlıq olduğunun heç vaxt unutmamaq lazımdır. Münafiq zahirdə dünyadakı bütün dəccal sistemləri və şeytani təşkilatları arxasına almış, böyük güc sahibi kimi görünsə də, “Allahın nəzarəti altında olan”“sonunda mütləq məğlub olmağa məhkum olaraq yaradılmış” aciz varlıqdır.

Dolayısilə müsəlmanlar heç vaxt münafiqləri Allahdan müstəqil gücə sahiblərmiş kimi düşünməməli və Allahın Quranda; “…bu, Allah üçün çox asandır” (Əhzab surəsi, 19) ayəsi ilə bildirildiyi kimi, “bu şeytan dəstəsini zərərsizləşdirməyin Allah üçün çox asan olduğunu” heç vaxt unutmamalıdırlar.